Xəbər lenti
Avtomobil alarkən DİQQƏTLİ OLUN: Külli miqdarda zərər dəyə bilər - VİDEO
Daxili kreditlə avtomobil alan qadının başına iş gəlib. O, 6 min manat ilkin ödəniş edərək 30 min manatlıq avtomobil alıb. 3 gündən sonra avtomobildə ciddi nasazlıq yarandığından maşını satan şəxslə birlikdə ustaya gedib. Elə hadisə də bundan sonra baş verib.
Manevr.az xəbər verir ki, bahalı avtomobil alan qadına külli miqdarda zərər dəyib.
Hadisə paytaxtda yaşayan Şəmkir sakini Lalə Hüseynovanın başına gəlib. Qadın iddia edir ki, Sumqayıt şəhərində Fariz adlı avtomobil alverçisindən ilkin ödəniş kimi 6 min manat verərək, ''Porşe'' markalı avtomobil alıb. Aralarında belə razılığa gəliblər ki, hər ay 1050 manat olmaqla, 23 ay ödəniş edəcək.
Yəni avtomobilin ümumi dəyəri 30 min manat olub. Lalə Hüseynova deyir ki, avtomobili 3 gün idarə etdikdən sonra maşının mühərrikində ciddi problemlər yaranıb. Qadın iddia edir ki, avtomobili usta yoxlayarkən onun xərcinin çox olduğu aşkar edilib.
Bir müddət gözlədikdən sonra qadın ərazi üzrə Sumqayıt şəhər 4-cü polis bölməsinə müraciət edib. Polis işi araşdırıb və həmin şəxsi tapıb. Fariz adlı şəxs qadına söz verib ki, satdığı avtomobili öz ustasında təmir etdirib saz vəziyyətdə geri qaytaracaq.
Lalə Hüseynova iddia edir ki, avtomobilini oğurlamaqla Fariz ona külli miqdarda ziyan vurub. Məsələ ilə bağlı avtomobili qadına satan Fariz adlı şəxslə də əlaqə saxladıq. O, əvvəlcə adının Fariz olduğunu təkzib etməsə də, sualımızı eşitdikdən sonra həmin şəxs olmadığını bildirdi.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev ''Xəzər Xəbər''ə bildirib ki, qadının müraciəti əsasında Sumqayıt Şəhər 4-cü polis bölməsində araşdırma aparılıb və həmin iş mülkü olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar