Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın peyvənd olunan nazirləri - SİYAHI

Tarix: 14-06-2021 14:03     Baxış: 4157 A- / A+
Azərbaycanın peyvənd olunan nazirləri - SİYAHI

Son vaxtlar Azərbaycanda koronavirusla mübarizədə müsbət dinamika əldə edilib. Cəmi bir neçə ay əvvəl 60 minin üzərində olan aktiv koronaviruslu xəstə sayı hazırda 1638 nəfər təşkil edir.


Sözsüz ki, yoluxmada azalmanın əsas səbəblərindən biri bu ilin 18 yanvarından başlayan vaksinasiyadır. Hazırda COVID-19-a qarşı peyvənd olunan vətəndaşlarımızın sayı 3 milyona yaxınlaşır.

Koronavirusla mübarizədə əldə olunmuş müsbət nəticələr nəzərə alınaraq, 31 maydan etibarən ölkəmizdə sərt karantin rejiminin bir çox məhdudliyyətləri aradan qaldırılıb, insanlar normal həyata dönməyə başlayıb.

Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya start verilən ilk günlərdən peyvənd olunanlardan biri İqtisadiyyat naziri Mikayıl Cabbarov olub. M.Cabbarov peyvənd olunması ilə bağlı məlumatı sosial şəbəkə hesabında ictimailəşdirmişdi.

Maraqlıdır, Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan nazirlərdən başqa kimlər peyvənd olunub?

Manevr.az xəbər verir ki, modern.az elə bu sualla nazirliklərin mətbuat katiblərinə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, təmsil etdiyi qurumun rəhbəri, general-polkovnik Vilayət Eyvazov ilk peyvənd olunanlar sırasındadır:

"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov COVID-19 əleyhinə peyvəndin hər iki dozasını qəbul edib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da nazir Muxtar Babayevin koronavirusa qarşı bütün təhlükəsizlik tədbirlərinə riayət etdiyini açıqlayıb:

"Cənab nazir koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurdurub. Muxtar Babayev ilk dozanı fevral, ikinci dozanı mart ayında qəbul edib”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun sözlərinə görə, nazir İnam Kərimov da virusa qarşı peyvənd olunanlardandır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov nazir Sahil Babayevin COVID-19 əleyhinə peyvənd olduğunu diqqətə çatdırıb.

Onu da qeyd edək ki, rəhbər şəxslər arasında koronavirusa yoluxanlar çox olsa da, yalnız Mədəniyyət naziri Anar Kərimovun aprel ayında COVID-19-a yoluxduğu rəsmən açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, yoluxmuş şəxslər 6 ay sonra peyvənd vurdura bilərlər.

Böyük müəllim ordusuna peyvənd çağırışı edən təhsil naziri Emin Əmrullayevin də yaxın aylarda virusa yoluxma səbəbindən peyvənd vurdurmadığı qeyd edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar