Xəbər lenti
Nazirlər Kabinetində qazi və əlilləri narazı salan xəlvəti əməliyyat: “Siyahını gizlicə dəyişiblər”
Son vaxtlar ölkədə əlillik dərəcələrinin verilməsi ilə bağlı problem və müzakirələr səngimir.
Əlillik dərəcəsi təyin olunmayan və ya 5 illk müddət bitdiyinə görə təkrar təyinat aparılmayan insanlar bu sahədə problemlərin oduğunu bildirirlər. Məsələ hətta Milli Məclisdə də geniş ümzkairə olunub və bir qrup deputat yeni əlillk meyalarının qəbuluna qarşı çıxıblar. Bunun nəticəsi olaraq qanunun geniş müzakirəsinin keçirilməsi qərara alınıb.
Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu əlillik dərəcələrinin verilməsi ilə bağlı yeni fakt aşkarladığını və problemin kökündə məhz bu amilin dayandığını bildirib.
Manevr.az-ın xəbərinə görə, bununla bağlı cebhe.info-ya açılama verən Rey Kərimoğlu bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ildə təsdiqlədiyi 413 saylı qərarı var: “Bu qərarda əlillik dərəcəsinə səbəb olan xəstəliklərin bir hisəsi siyahıdan çıxarılıb. Həmin qanun 2016-cı ildə qüvvəyə minib. Ona qədər kim ki, qrupa alıb, qanunla 5 ildən sonra təkrar komissiyadan keçməlidirlər. Problem odur ki, sonra həmin şəxslər komissiyaya müraciət edəndə məlum olur ki, artıq həmin xəstəliyə əlillik düşmür. O xəstəlikləri siyahıdan xəlvət çıxarıblar. Millət vəkili Musa Quliyev də parlamentin son iclasında mənim fikrimi təsdiqləyib və deyib ki, doğrudur, nə Milli Məclisin, nə də əlil təşkilatlarıın bundan xəbəri olub, xəlvət ediblər. Məndə həmin siyahılar var, 120 səhifəlik bir sənəddir. Biz bunu araşdırıraq bilmişik ki, məsələn, filankəsə 2015-ci ildə filan xəstəliklə bağlı əlillik dərəcəsi verilib, 5 ili tamam olub, indi həmin xəstəliyin ağırlaşdırıcı formasıdır, ancaq əlillikvermirlər. Deyirlər ki, bu xəstəlik siyahıdan çıxarılıb. Artıq bir neçə faktla qarşılaşdıq və biz öyrəndik ki, bir sıra xəstəlikləri siyahıdan çıxarıblar. İki minə yaxın kod və ya xəstəlik o siyahıdan çıxarılıb. Ona görə də insanlar əlillik dərəcəsi ala bilmir. Məsələn, xərçəng xəstələri var ki, onun müəyyən həddini siyahıdan çıxarıblar ki, əlillik düşmür. Nazirlər Kabinetinin 413 saylı qərarı Prezidentin həmin il sentyabrın 14-də imzalandığı Fərmanına görə qəbul edilib. Ancaq bu fərmanda əlilliyə səbəb olan xəstəliklərin siyahıdan çıxarılması və yenidən işlənməsi söhbəti yoxdur. Prezidentin o fərmanı ümumiyyətlə, əlillik dərəcələrini verilməsi, meyarların müəyyənləşdirilməsi, prosedurun həyata keçirilməsi, elektronlaşdırılması ilə bağlıdır. Bu sabiq nazir Səlim Müslümovun təklifi ilə xəlvət olub, sadəcə biabırçılqdır.
Söhbət təkcə Qarabağ qazisindən getmir, ölkədə 100 minlərlə xəstə, əlil var. Burada cinayət tərkibi var və Respublika Prokurorluğu bunu araşdırmalıdır. Bu saxtakarlıq səbəbindən Birinci Qarabağ müharibəsi qazilərinin yaşadıqlarını bir kənara qoysaq, bizim balalarımız, son döyüşün qəhrəmanları, sağlamlığını itirmiş oğlanların əlillik qrupları düzgün verilməyib və belə də davam edir. Yaranan narazılığın səbəbi də budur. Məsələn, bir nəfərin ayağının pəncəsi yoxdur, MN-nin Mərkəzi Həkim Kommissiyası yazıb ki, orduya yararsızdır. Bu qərara görə ona TSEK əlillik qrupu vermir. Həmin qərar imkan vermir ki, Vətən müharibəsi qazisinə heç olmasa 3- cü qrup əlillik dərəcəsi versinlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar