Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Falçı Səmayənin vəzifəli MÜŞTƏRİLƏRİ – “Şəkil verdi ki, cadu elə, qoy arvadı ölsün”

Tarix: 12-06-2021 23:02     Baxış: 4277 A- / A+
Falçı Səmayənin vəzifəli MÜŞTƏRİLƏRİ – “Şəkil verdi ki, cadu elə, qoy arvadı ölsün”

Psixoloqların fikrincə, bir şəxs ümidsizliyə qapılanda, insanlarla ünsiyyətdə, inamda problemlər yaşayanda, falçıların qapısını döyməyə başlayır. O, falçılardan, baxıcılardan düşdüyü vəziyyəti yüngülləşdirmək, özünə ümid axtararaq tutunmaq üçün saman çöpü kimi istifadə etmək istəyir.

Dedim ki, babamla nənəm bizə gələcək...

Elə yazımızın baş qəhrəmanı Səmayə də (ad şərtidir) falçılıqla məşğul olur. O, “fəaliyyəti” zamanı müxtəlif fikirli insanların onun yanına gəldiyindən, onların qeyri-adi xahişlərindən də danışıb.

“Uşaqlıqda bir dəfə həyətdə oynayanda birdən anama axşam başqa rayonda yaşayan nənəmlə babamın bizə gələcəyini dedim. Onda hətta anam məni yalan danışdığım üçün danladı da. Lakin gecə həqiqətən də dediyim insanlar bizə gələndə anam mənə inanmağa başladı. Sonra bir neçə belə oxşar hadisələr oldu. Biz, Yevlaxda yaşayan qaraçılar nəslindənik. O vaxtlar əcdadlarım Azərbaycana köç edib”.

Səmayə yanına məmurların, elm adamların, mülləmlərin hətta din adamlarının da gəldiyini bildirir.

“Bir dəfə bir nəfər vəzifəsində daha yüksəyə qalxması üçün mənə müraciət etmişdi. Belə insanlar adətən bura insanların içində yanıma gəlmir. Onlar sürücülərini yollayırlar və mən onların evlərinə gedirəm. Sözsüz ki, ödəniş 3-4 qatına artıqlaması ilə mənə ödənilir”.

5000-7000 manata təmizlənən cadular...

Səmayə xüsusi kartlarla fala baxdığını deyir. Ancaq o bildirir ki, xüsusi “müştərilər” üçün qızıl mirvariləri var.

“Adi adamlara işimi 20-30 manat arasında təklif edirəm. Ancaq cadu təmizləmə, hansısa bir işi görmək üçün qiymətlərim fərqlidir.

Bu işləri görəndə mən enerjimi itirirəm. Bundan başqa ən bahalı materiallarla ceyran dərisi, müşki-ənbər, təmiz zəfəran, qızıl iplərlə və digər adını çəkə bilmədiyim əşyalarla işləyirəm. Ona görə görülən işin qiyməti 1000- 7000 arası dəyişir. Ən ağır ölümə edilən cadunu 5000-7000 manat arası təmizləyirəm”.

Söhbətin bu yerində Səmayə ona qeyri-adi istəklə gələn bir cavandan da danışır.

“Bir dəfə bir qızı bu qapıdan qovmuşam. Mənə əlində bir yaraşıqlı kişi və qadının fotosunu gətirmişdi. Fotoya baxan kimi kişini tanıdım, cəmiyyət arasında tanınmış bir sima idi. Qadın onun köməkçisi idi, görünən o idi ki, aralarında bəzi intim məsələlər yaşanmışdı. Kişi də imkanlı olduğu üçün, qadın ona ərə getmək istəyirdi. Fotonu mənə verib dedi ki, istəyirəm elə edəsiz ki, həmin o şəxsin arvadı ölsün və mənimlə ailə qursun”.

Vanqa, Monquş Kenin Lopsan sirrləri...

Elə çox keçmişə getməyib, internetdə bəzi məlumatları araşdırsaq, zamanında yaşayan öncəgörücülər haqqında məlumat toplamaq olar. Vanqa, Nostradamus, Baba İlya bu işlərdə adı çəkilən məşhur şəxslər olub. Mətbuatda o zamanlar sovet hakimiyyətinin dövründə bir sıra ölkə başçılarının Vanqanın yanına axışması barədə xəbərlərə də rast gəlmək olur.

Rusiya prezidenti Vladimir Putinin də bu cür şamanların ziyarətinə getməsi haqqında bir sıra xəbərlər dolaşmaqdadır. Rusiya mətbuatı hər il Putinin ənənəvi Tuva, Xakas dağlarına səyahətini məhz orada yaşayan Monquş Kenin Lopsan adlı yerli şamanın ziyarətinə getməsi ilə əlaqələndirir.

Falçının düşmən etdiyi iki elti

Yeri gəlmişkən, bir xatirəmi də danışım. Yadımdadır, uşaq olarkən bizim kənddə qapı bir qonşumuz vardı. Vəziyyətləri yaxşı olan xanımın 1 ayın içində həyat yoldaşı qəza keçirib yatağa düşdü.

Hələ bu azmış kimi 12 yaşlı övladı anidən əməliyyat masasına yatdı. Böyük məbləğdə borca düşən, problemlər içində çarəsiz çırpılan xanıma kimsə Suraxanı kəndində bir baxıcı məsləhət görür. Gözünə döndüyüm bu baxıcı da xanımı bir həyətdə yaşadıqları eltisinin ona cadu-tilsim etdiyinə inandırıb, əlində qalan gəlinlik qızıllarını da satdırdı. Üstəlik, illərlə bir həyətdə mehriban dolanan eltisi ilə qanlı-bıçaq vəziyyətinə gətirib çıxardı. Nəticədə isə aldadıldığını başa düşən qadının falçı ilə işi polis bölməsinə qədər gedib çıxdı.

Bəs, bu nədir? Dərrakəli insan niyə falçılara, baxıcılara inanır?

Elm adamları falçıların yaxşı bir psixoloq olduğunu vurğulayırlar. Onlarda bu hiss daha güclü olur. Onlar iddia edirlər ki, məhz insanın hərəkətlərindən, danışıq tərzindən falçılar, hansı insanla necə rəftar etməyi bilirlər.

Psixoloq Taryel Fazioğlu bizim.media-ya açıqlamasında deyir ki, insanlar əsasən bir növ məlumatsızlıqdan özlərini falçı qapısında tapırlar.

“Bu həm də psixoloji amillərdən də asılıdır. İnsanlar güvən problemi yaşadıqları üçün bu yola əl atırlar. Məsələn fərd hər bir problemi həll etmək iqtidarındadır, lakin qüvən, inamla bağlı problemlərin qarşısında özlərini aciz sayırlar. Buna görə həll yolu üçün hər bir vasitəyə əl atırlar.

Son zamanlar post müharibə dövründə, pandemiyanın yaratdığı psixoloji basqı ilə əlaqədar insanlar arasında ümidsizlik geniş vüsət alıb. Ona görə də bundan istifadə edən baxıcılar, insanları öz tələlərinə salıb, asanlıqla aldadırlar. Hazırda falçılara üz tutan insanların sayı artıb. Fırıldaqçılar bunu qazanc mənbəyinə çevirərək insanlara saxta güvən satırlar, bu da psixoloji sarsıntı keçirən insana xoş gəlir. Az da olsa onlarda güvən hissi yaradır və gərginliyi azaldır”.

Deyilən öncəgörmələr doğru çıxarsa...

Psixoloq bu məsələyə də aydınlıq gətirib. T. Faziloğlu bildirib ki, bu insan beyninin yaratdığı bir illüziyadır. İnsan bu ilğıma inanır və arzularının arxası ilə gedir. Nəticədə isə...

“İnsan beyninin belə bir oyunu var. Biz nəyə inanırıqsa onu bizə yaşadır. Burada da belədir. İnsanlarda falçıların dediyi sözlərə inam yaranır, beləliklə arzuladıqları, istədikləri şeylər başlarına gəlir.

Fərd özü başa düşmür ki, bunu o, düşüncəsi ilə edir. Nəticə etibarı ilə falçılara olan inamları daha da artır. Bu təkcə falçılara aid deyil. Bu müxtəlif ocaqlara, pirlərə də aiddir. Onlar həmin o məkanlara gedəndə orada daxili güvən, inam hissi yüksəlir və insan arzuladığı bir işin baş tutacağına bütün qəlbi ilə inanır. Yəni anlayacağınız hər bir şey insanın düşüncəsindən və psixologiyasından asılıdr”.

Nəticədə deyəcəyim odur ki, hər sözə, hər boş şeylərə inanmayın. Əsas ciddi tövsiyələrə, həqiqi elmi faktlara arxalanın.

Yoxsa, xan sarayında oturub, parisi partladan dərvişi özümüzə niyə yolgöstərən seçək ki....

Çox təssüf ki, biz yuxulara, əlamətlərə, falçılara, öncəgörənlərə, öncəeşidənlərə bir sözlə hər zada hələ də inanırıq...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar