Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu da "Facebook"un İLK SMART SAATI

Tarix: 12-06-2021 18:49     Baxış: 4225 A- / A+
Bu da "Facebook"un İLK SMART SAATI

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar açıqlayıb.
Manevr.az "technote"a istinadən xəbər verir ki, "Facebook"un smart saat modeli LTE dəstəyini əldə edəcək və smartfona daimi qoşulmanı tələb etmədən də çalışa biləcək.
Şirkət smart saatın ilk versiyasını 2022-ci ilin yay fəslində satışa çıxardacaq. Şirkətin özü isə artıq smart saatın ikinci və üçüncü versiyası üzərində çalışır. Smart saatın qiyməti təqribi olaraq 400$ təşkil edəcək.

Məlumata əsasən, smart saat iki kameraya sahib olacaq. Onlardan biri ekrana inteqrasiya ediləcək və videozənglər üçün nəzərdə tutulacaq. İkinci əsas kameranı isə smart saatın gövdəsindən ayırıb ayrıca "action camera" kimi istifadə etmək mümkün olacaq.

Bundan əlavə olaraq smart saat fitnes tracker funksiyalarını əldə edəcək və tətbiqlər ilə messencerləri dəstəkləyəcək. Smart saatın əsas kamerası ilə çəkiləcək foto və videoları sürətli şəkildə Instagram ilə Facebook-da paylaşmaq və Whatsapp vasitəsilə digər şəxsə göndərmək mümkün olacaq.

Şirkət təmsilçiləri bu məlumatları təsdiqləməyiblər. Lakin bu məlumatları inkar da etməyiblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar