Xəbər lenti
Əlillik dərəcəsi verilməyəcək qazilərlə bağlı Rey Kərimoğludan MARAQLI TƏKLİF
"Bir haldakı Nazirlər Kabineti, nazirlər, kimliyi bəlli olmayan məmurlar, ümumi əlillərin, müharibə əlillərinin, qazilərin hesabına qənaət edir, əlillərin zərərinə gizli şəkildə qanun və qərarlar qəbul edir, onda biz də öz normal təklif və tələblərimizi irəli sürməkdən niyə çəkinməliyik?!"
Manevr.az xəbər verir ki, bu fikirləri qazilər.az-a açıqlamasında "Qarabağ qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib, əlillik dərəcəsi verilməyəcək 6 min qazinin gələcək taleyi ilə bağlı təklif irəli sürüb:
"Son 44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış qazilərimiz var. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dərəcəsi veriləcək. Qalır hardasa 6 min əlillik dərəcəsi düşməyən yaralı. Onların da tam əksəriyyəti hələ peşəsini, gələcək həyatını müəyyənləşdirməyən gənclərdir. Ona görə də təklif edirik ki, yaralılarımıza dəstək kimi 6 min nəfərin hər birinə 5 illik ayda beş yüz (500) manat pul verilsin. Bu 5 ildə onlar özlərinə bir peşə qazanar, iş güc, güzəran qurarlar. Büdcəmiz buna imkan verir, heç kəs də o yana, bu yana yozmasın, qələbəmiz üçün canları yaralıdır onların!".
Rey Kərimoğlu təklifdə qeyd edilən məbləğ və müddətin dəyişə biləcəyini də bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar