Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Atası cərimələnən deputat: "Atamın şəxsi mülkiyyətidir"

Tarix: 09-06-2021 21:41     Baxış: 4171 A- / A+
Atası cərimələnən deputat: "Atamın şəxsi mülkiyyətidir"

Bu kadrlara diqqətlə baxın. Bura Xaçmaz rayonunun Fərzəlioba kəndidir. Elə bu ağaclar da kəndin füsunkar təbiətinə ayrıca gözəllik qatırdı. Bir müddət əvvələ qədər.

Təəssüf ki, bir qrup şəxs xüsusi texnikalar vasitəsilə kəndin meşə massivinə sözün əsl mənasında qənim kəsilib. Ağaclar kütləvi şəkildə qırılıb. Kəsilmiş hissələrinin bir qismi daşınıb, qalanları isə əraziyə səpilib. Qısa müddət ərzində görüntülər sosial şəbəkələrdə yayılıb və haqlı etirazlara səbəb olub. Daha sonra iddialar yayılıb ki, həmin ərazini icarəyə götürərək ağacların kütləvi qırğınına fərman verən şəxs Xaçmaz şəhər dairəsindən Milli Məclisin deputatı Eldəniz Səlimovun atası Adil Səlimovdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, Xaçmazın Fərzəlioba kəndində ağacların qırılması ilə bağlı mayın 25-dən etibarən cərimələrə başlanıb. Ardıcıl olaraq bir neçə dəfə cərimə olunmalarına baxmayaraq, həmin adamlar qanunsuz əməllərini davam etdiriblər: “İlk olaraq 7000 manat cərimə, mayın 31-də 25000 manat, iyunun 2-də 33040 manat cərimə tətbiq edilib. İki gecə bizim əməkdaşlar həmin ərazinin mühafizəsini həyata keçirib. Bu gün həmin işin dayandırılmasına qismən nail olmuşuq. Bütün sənədlər Xaçmaz rayon Prokurorluğuna təqdim edilib”.

Ağacların kütləvi şəkildə kəsilməsi işində adı hallanan Adil Səlimovun oğlu, deputat Eldəniz Səlimov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, həmin ərazidə işlərin görülməsi üçün “Qərb Ekol” MMC ilə müqavilə bağlanıb. Ağacların kəsilməsi zamanı hər hansı qayda pozuntusuna yol verilibsə, buna görə məsuliyyəti həmin şirkət daşıyır: “Təbii ki, xəbərim var. Amma bizim kitabımızda necə yazılıb? Biz atamıza görə nə deyə bilərik? Övladım olsa, yenə deyə bilərdim. Atamın şəxsi mülkiyyətidir. “Qərb-Ekol” MMC ilə müqavilə bağlanılıb bağın salınması üçün. Təkcə ağacların kəsilməsindən və hazırda işlərin dayandırılmasından xəbərim var. Lakin mənimlə heç bir əlaqəsi yoxdur”.

“Norma” Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev deyir ki, meşələri məhv etmə Cinayət Məcəlləsində 3 maddə ilə sanksiyalaşdırılır və bu 3 maddə ayrı-ayrılıqda biri digərindən fərqlənir: “Burada qanunsuz ağackəsmə maddəsi var və bu 259-cu maddədir. Qanunsuz ağackəsmə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər həmin ağac şəxsin bağ sahəsində şəxsi mülkiyyətində deyilsə, hətta həmin ərazini icarəyə götürmüş olsa belə, orada ağacı kəsə bilməz və bu ağacın kəsilməsi təbiətə xeyli miqdarda ziyan vurursa, bu ən azı 259-cu maddə ilə məsuliyyət yaradır. Həmin şəxs bu maddəyə uyğun olaraq müvafiq qaydada cəzalandırılmalıdır”.

Hüquqşünas bildirib ki, ağacları kəsən şəxsin özünün, oğlunun və ya atasının deputat olması cinayət tərkibi baxımından hər hansı əhəmiyyət daşımır: “Amma ümumi cəmiyyətin qəbul etdiyi qaydalara görə, yaşam qaydalarında da vəzifəli şəxslər ictimaiyyətin həm seçkili orqanlarında, həm mərkəzi icra orqanlarında yer tutan adamlar qanunlara daha çox hörmətlə yanaşmalı və cəmiyyətə nümunə olmalıdırlar. Lakin faktiki olaraq həmin ağacların qırılmasında deputatın birbaşa rolu yoxdursa, atasının əməlinə görə özü məsuliyyət daşımır. O halda məsuliyyət daşıya bilər ki, ya özü birbaşa göstəriş versin və ya onun vəzifəsindən bu cinayət əməli üçün istifadə olunsun”.

Ümid edirik ki, hadisəyə qısa vaxt ərzində hüquqi qiymət veriləcək və Fərzəlioba kəndində ağacların kütləvi şəkildə məhv edilməsinin qarşısı alınacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar