Xəbər lenti
Toylarla bağlı SƏRT AÇIQLAMA: "Hər şey aydınlaşdırılmalıdır"
Toylara qadağa davam etsə də, türkiyəli müğənni Mustafa Cecəlinin Bakıdakı konsertində karantin qaydalarının kobud pozulması narazılığa səbəb oldu. Sosial şəbəkə istifadəçiləri paylaşımlarda konsertləri, kafe və restoranların müştərilərlə dolub-daşmasını əsas gətirərək, toy keçirilməsinin hələ də qayda pozuntusu sayılmasını birmənalı qarşılamadıqlarını qeyd edirlər.
Görəsən, bu təzadlı məsələnin məntiqi izahı varmı? Toy mərasimlərinin keçirilməsinə mane olan nədir?
Manevr.az-ın xəbərinə görə, tanınmış sosioloq Əhməd Qəşəmoğlu Lent.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə toylara qadağa qoyulması anormallıqdır. O, konsertlərə, kafelərdə müştərilən dolub-daşmasına icazə verildiyi halda toylara icazə verilməməsini məntiqsizlik adlandırıb:
Sosioloq Əhməd Qəşəmoğlu
“Xaricdən müğənni gətirib konsert vermək, karantini pozmağa imkan yaradıldığı halda toylara icazə verilməməsi normal deyil. Nə fərqi var, həmin konsert və ya yığıncaqda da insanlar kütləvi şəkildə iştirak edir, yeyib-içirlər. Toy da belə olur. İndi nəyə görə toylara yox, birdən-birə belə bir məclisə icazə verilir? Bu məntiqsizlikdir. Toyları, konsertləri yeni üsulda təşkil etmək lazımdır. Amma təəssüf ki, buna fikir verən yoxdur. Ona görə də burada qarışıqlıq yaranır. Əhali başa düşməlidir ki, nəyə görə bir tərəfdə qadağa var, bir tərəfdə yoxdur. Hər şey aydınlaşdırılmalıdır. Qadağanı qoyanlar düşünməlidir ki, əhalinin psixologiyası, mənəviyyatı ilə oynayırlar. Bir sosioloq olaraq mən də karantin qaydaları çərçivəsində bəzi nöqsanlara yol verilməsini başa düşə bilmirəm.”.
Əhməd Qəşəmoğlu karantindən öncəki toyların Azərbaycan xalqının mənəviyyatına zərbə vurduğunu da etiraf edib. O bildirib ki, 30-35 il əvvəl toy xəbərinə hamı sevinirdisə, indi əksinədir:
“İndiyədək bəlkə də müsahibəmdə dəfələrlə demişəm ki, 30-35 il əvvəlki dədə-baba toylarına qayıtmaq lazımdır. Amma şadlıq evlərində stulun birini 100 manata satanlar buna imkan vermirlər. Dədə-baba qaydasında bəy-gəlin üçün stol açılırdı onları təbrik etmək üçün kənd camaatı gəlib şənlənirdi. Daha gələnlərə 60 cür yemək bişirmək, süfrə açmaq söhbəti yox idi.
Karantindən əvvəlki toylar sosial bəla idi, Azərbaycan xalqının mənəviyyatına zərbə idi. Azərbaycan xalqına qarşı soyğunçuluq törətməkdən başqa bir şey deyildi. Əhalinin 80 faizinin həmin toylara gedib pul yazdırmağa gücü çatmırdı. Gərək buna görə əyri işlər görəsən, rüşvət alasan, kimisə aldadasan və s. Açıq havada toy keçirilməsini təklif edəndə restoran sahibləri deyir ki, razıyıq, amma stulun biri 150 manata olacaq. Guya ki, işıqlandırma ilə əlaqədardır. 30-35 il əvvəl toy olanda qohum-qonşu sevinirdi. Karantindən əvvəl isə toy xəbəri gələndə camaat dilxor olurdu ki, pulu haradan tapsın. Bir tanışım var idi, toya getmək üçün borc almadığı adam qalmamışdı, axırda həkimə gedib qızıl diş çıxartdırdı ki, toya pul yazdırsın. Bu isə toy deyil, faciədir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar