Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirə düz demirlər, həkimi döyən qazidir…

Tarix: 09-06-2021 11:04     Baxış: 4117 A- / A+
Nazirə düz demirlər, həkimi döyən qazidir…

Saxta qazi olmur, cənablar! Saxta hər zad olur, amma qazi olmur! Bunu unutmayın! Qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib. Qınayırıq onun bu əməlini. Kimsə də o qaziyə haqq qazandıra bilməz. Bir sözlə o əməlinə bəraət yoxdur. Cəzasın da alsın. Amma məsələ araşdırılsın, sonra cəza verilsin. Adama "döyüşməyib", "saxta qazidir" deməyin.

Manevr.az xəbər verir ki, bunu "Qarabağ qaziləri" İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu qadın həkimə əl qaldırması ilə gündəm olan Qarabağ qazisi Şəmail Mustafayevlə bağlı danışarkən deyib.

Rey Kərimoğlu bildirib ki, "Qarabağ qaziləri" Birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb:

“O şəxs "Qarabağ qaziləri" Birliyinin üzvü deyil, amma məlum olub ki, o, həqiqətən qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlilik elə 3 şeyə görə verilir? Xeyr!

Şəmail Mustafayev 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqmətində döyüşüb, rabitə xidməti rəisi olub. Olduğu ərazi düşmənin bombardumanına məruz qalıb, yanında şəhid olanlar olub. Ağır yaralanıb, kontuziya alıb. Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə dalaşıb, bunu ordudan tərxis ediblər, 2016-cı il aprel döyüşlərindən sonra müdafiə naziri Zakir Həsənovla görüşüb, öz sahəsi üzrə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb! Görünür, səhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb. Ona şər atmayaq. Sahil Babayev nazir təyin olunandan sonra o, həqiqətən nazirlikdə ciddi şəffalıq yaradıb, xeyli yaxşı işlər görüb. Amma o da, nazirlik də nöqsansız deyil. Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırmır. Ya da ümumiyyətlə çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!”/axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar