Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İdarə rəisi: “Rafiq Bayramova 258 min manat pul vermişəm”

Tarix: 08-06-2021 21:16     Baxış: 4169 A- / A+
İdarə rəisi: “Rafiq Bayramova 258 min manat pul vermişəm”

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun məhkəməsi keçirilib.


Məhkəmədə şahidlər dindirilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova R.Bayramova hər ay pul vermədiyini deyib:

“Sadəcə 500 manatlıq qələm hədiyyə etmək istəyirdim. 2018-ci ildə 2 dəfə ona 500 manat vermişəm. Pulu verməkdə məqsədim nazir müavini təyin olunması münasibətilə onu təbrik etmək idi. Ondan sonra onu görməmişəm.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Quliyev Rza R.Bayramova 2-3 aydan bir pul verdiyini deyib:

“Rafiq Bayramov bizi kurasiya edirdi. Ona 2-3 aydan bir pul verirdim. Aylıq olaraq təxminən 800-1000 manat arası. Ümumilikdə ona 128 min manat pul vermişəm. Bunu həm birbaşa, həm də köməkçisi vasitəsilə vermişəm. Rafiq Bayramov həmin pulu “Nazirlikdən deyiblər, qayda belədir” deyərək istəyirdi. Həmin pulu musiqi məktəblərindən yığırdım. Mən 20 il orada işləmişəm. 1200 manat əmək haqqı, 1030 manat təqaüd almışam. Bilirdim ki, verdiyim pul qanunsuzdur”.

Rafiq Bayramov məhkəmə zalında Rza Quliyevə “Mən sizdən rüşvət qəbul eləmişəm?” deyə müraciət edib. R.Quliyev isə “yox” deyə cavab verib.

R.Bayramov isə bildirib ki, o, həmin ərazidəki lazımsız müəssisələrin fəaliyyətini ləğv edib:

“Rüşvət alsaydım, həmin müəssisələri niyə yığışdırırdım? Onlara pul xərclənirdi”.

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev də ifadəsində musiqi məktəblərindən pul yığaraq Rafiq Bayramova verdiyini deyib:

“Hər ay 10 min manat verirdim, sonra məbləğ artdı. 2017-ci ildən musiqi məktəblərindən pul yığırdıq. Qarşılığında bizə yoxlama göndərilmirdi. Təxminən 258 min manat pul vermişəm. 2020-ci ildə birdəfəyə 23 min manat vermişəm. Tenderlər elan olunurdu. Rafiq Bayramov tapşırmışdı ki, tenderlərə hansı şirkətlər qatılacaq və hansı şirkət qalib elan olunacaq. Musiqi məktəblərindən yığılacaq məbləği Rafiq Bayramovla bir yerdə müəyyənləşdirirdik. Əbülfəz Qarayev regional idarələrin rəisləri ilə görüşürdü, ancaq mən ona heç vaxt Rafiq Bayramovun bizdən pul istəməsi ilə bağlı heç nə deməmişəm. Çünki bunun günahı məndədir”.

Rafiq Bayramov Höccət Əsədullayevin verdiyi ifadələrin yalan olduğunu bildirib.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Quliyev Ramiz istintaq zamanı R.Bayramova hər ay 2 min manat verməsi ilə bağlı ifadəsini təkzib edərək, onu həyəcandan səhv dediyini, R.Bayramova cəmi bir dəfə 2 min manat verdiyini bildirib:

“Rafiq Bayramovun qəbulunda heç vaxt olmamışam. Müşahidə kameraları var. O kameralarda başqaları olsa da, mən yoxam. Ağdaşda musiqi məktəblərinin təmirinə 130 min manat pul ayrılmışdı. Onun 113 min manatı xərcləndi, qalan 17 min manatı dövlət büdcəsinə qaytarmışam”.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nadir Rafiq Bayramova tədbirlər olanda pul verdiyini deyib:

“Musiqi məktəblərindın yığırdım, öz maaşımdan düzəldirdim. Səbəb kimi Rafiq Bayramov göstərirdi ki, Bakıda, digər ərazilərdə festivallar keçirilir. O tədbirlərə pul verirdim. Rafiq müəllim məndən aylıq pul tələb etməyib. 2017-ci ildən 2020-ci ilə qədər ayda 2 min manat olmaqla ümumilikdə 48 min 650 manat pul vermişəm. Aylıq maaşım 1500-1600 manat civarınd aidi. Rafiq Bayramov məndən şəxsən özü üçün pul tələb etməyib. 8 musiqi məktəbinin hərəsindən 200-500 manat arası pul yığırdım”.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov R.Bayramova bayramlarda hədiyyələr verdiyini qeyd edib:

“2017-2020-ci il aralığında aylıq pul verməmişəm. Onun tapşırığı ilə bayramdan-bayrama 500-1000 manat pul verirdim. Mütəmadi olaraq heç vaxt pul verməmişəm. Fərqli vaxtlarda 2017-2019-cu illər arası 500 manat, 2020-ci ildə fasilələrlə 1000 manat öz maaşımdan vermişəm. R.Bayramov məndən pul istəməyib. Özüm gəlib hədiyyə edirdim”.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Nəsirli Vüsal da tədbirlərlə bağlı R.Bayramova ayda 500 manat verdiyini qeyd edib:

“2018-2019-cu illər arası 9 ay, 2020-ci ildə 5 ay hər ay 500 manat pul, ümumilikdə 7 min manat pul vermişəm. Şəxsən özünə təqdim etmişəm. Heç kəsdən pul yığmamışam, öz maaşımdan verirdim. R.Bayramov şəxsən məndən heç nə istəməyib”.

Qeyd edək ki, məhkəmənin növbəti prosesi iyunun 22-də davam etdiriləcək.“qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar