Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin vəziyyəti ağırdır

Tarix: 08-06-2021 11:22     Baxış: 4177 A- / A+
Xalq artistinin vəziyyəti ağırdır


"COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilən Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır.

Manevr.az bildirir ki, bu barədə "qafqazinfo”ya məşhur aktyorun qızı Xədicə Əzizbəyli məlumat verib. O bildirib ki, atasının səhhətində zaman-zaman cüzi irəliləyiş olsa da, yenidən pisləşir:

"Vəziyyəti ağırdır. Həkimlər deyir ki, cüzi irəliləyiş olur, lakin qısa müddət sonra pisləşir, ağırlaşır. Bu səbəbdən yekun olaraq "yaxşılaşıb” deyə bilmirik. Hələ də reanimasiyadadır”.

Qeyd edək ki, koronavirusa yoluxan R. Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun bir ayağındakı barmaqları amputasiya edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar