Xəbər lenti
Allaha həqiqi şükrü necə etmək?
Həzrət Davud (ə) Allahdan soruşur: "Ey mənim Mövlam! Əgər Səni razı salacaq həddə, Sənə şükür etmək istəsəm, nə edim?".
Uca Allah buyurur: "O neməti ki, sənə inayət etmişəm - onu o yolda xərclə ki, ona görə əmr etmişəm. Neməti müəyyən olmuş yerdə xərcləmək - Mənim şükrümün eynidir".
Bu hədisə əsasən, insanın etdiyi hər bir günah - ona verilmiş nemətə küfr etməkdir. Allahın da haqqıdır ki, bu neməti həmin şəxsdən geri alsın.
Ona görə də insan ilk əvvəl Allahın ona verdiyi nemətləri tanımalı və onlara dəyər verməlidir. Ondan sonra bu nemətləri hansı işlər üçün istifadə edə biləcəyinə görə agah olmalıdır. Bilməlidir ki, əgər günah etsə, həmin nemətə qarşı küfr etmiş olacaqdır.
Allahın nemətlərini nəfsani istəklərimizə və şeytanın istəklərinə xərcləməyək. Nemətlərdən dünya və axirətimizi abad etmək üçün istifadə etməliyik. Əks halda elə bir əzaba düçar olarıq ki, heç bir qüdrət bizi o əzabdan xilas edə bilməz.
Mənəvi nemətlər qarşısında daha çox məsuliyyət hiss edək. Mənəvi nemətlərdən istifadə edərək özümüzü kamala çatdıraq, dünya və axirət xeyri əldə edək.
Qiyamət günü - elə bir gündür ki, Allah verdiyi nemətlərin hesabını çəkəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Ayağın bəndləri Həzrət Haqq qarşısında hərəkət etməz, məgər o halda ki, ondan dörd şeylə bağlı sual olunar. Ömrünü və bədənini hansı yolda sərf etmisən. Sərvətini haradan əldə etmisən və harada xərcləmisən. Biz Əhli-Beytin (ə) eşqindən sual olunar".
Bir nəfər soruşur ki, sizin sevginizin əlaməti nədir?
Həzrət (s) buyurur: "Bu kişiyə eşqdə". Sonra mübarək əlini Əli ibn Əbutalibin (ə) başına qoyur.
İnsan gərək ömür nemətini Allaha itaət yolunda xərcləsin. Bədənin şükrü - Allaha ibadət etmək, xəlqə xidmət etmək, malın şükrünü yerinə yetirmək, halal ruzi əldə etmək, onu halal yolda xərcləmək, İmamət nemətinin şükrünü yerinə yetirmək, İmamın (ə) əmrinə itaət edib, qadağalarından çəkinməkdir.
Beləliklə deyə bilərik ki, həqiqi şükür odur ki, Allahın verdiyi nemətləri, Ona itaət yolunda xərcləyəsən. Bu nemətlər vasitəsilə kamala çatasan. Dünya və axirət xeyirini əldə edəsən.
Bu nemətlərin şükrü odur ki, onları müəyyən olunmuş yerlərdə istifadə edəsən. İstər bədən üzvləri olsun, istərsə də mənəvi nemətlər olsun - Allah onları bizə ona görə vermişdir ki, həmin nemətlər vasitəsilə Allaha yaxınlaşaq və kamala çataq.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar