Xəbər lenti
Mina partlayışında yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxıldı
İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.
Manevr.az bildirir ki, bu barədə o, özü məlumat verib.
E.Məmmədovun sözlərinə görə, yüngül yaraları var və dünənki partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün bu gün Bakıya gələcək.
Qeyd edək ki, ötən gün səhər saatlarında azərbaycanlı jurnalistləri daşıyan maşın Kəlbəcərin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar