Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Tarix: 04-06-2021 19:14     Baxış: 3121 A- / A+
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

"İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur”.


Bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı bəyanatda deyilir.

"Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.

Törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla, Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə alınaraq əbədiləşdirilməsi məqsədilə ən çətin şəraitdə çalışarkən həlak olmuş jurnalist həmkarlarımızın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik”, - bəyanatda qeyd edilib."qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar