Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

Tarix: 03-06-2021 20:31     Baxış: 3169 A- / A+
Bakıda uşağın yediyi şirniyyatın içərisindən qayka çıxdı

Bakıda şirniyyatın içərisindən metal parçasının çıxdığı iddia olunur.


Manevr.az xəbər verir ki, bu barədə “report”a şikayət Azad İstehlakçılar Birliyindən (AİB) daxil olub.

Birlikdən bildirilib ki, hadisə ilə bağlı Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Belə ki, şikayətçi 6 yaşlı nəvəsinin yediyi “pryanik”in içərisindən qaykanın çıxdığını bildirib. AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub.

Vətəndaş qeyd edib ki, müəssisədə sanitar-gigiyeniya qaydalarına əməl olunmur.

Bəşir Bünyatov küçəsində fəaliyyət göstərən sexin sahibkarı N.Süleymanov səhlənkarlıq ola biləcəyini istisna etməyib:

“Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb:

“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar