Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

87 yaşlı qadını tövlədə saxlayan şəxslə bağlı rəsmi açıqlama

Tarix: 03-06-2021 16:49     Baxış: 5128 A- / A+
87 yaşlı qadını tövlədə saxlayan şəxslə bağlı rəsmi açıqlama

Gədəbəyin İvanovka kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gedərək qadını kənd ərazisində gəzərkən aşkarlayıb.

Manevr.az xəbər verir ki, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat verib və qadın Göygöl rayon 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib.

Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Qeyd edək ki, ötən gün "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə 85 yaşlı Səkinə adlı qadının Gədəbəy rayonunun Novo İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılması barədə videogörüntüləri yayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar