Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın bayrağını və dilbər guşələrinin şəkillərini əks etdirən tramvay Haaqa küçələrində - ŞƏKİL

Tarix: 01-06-2021 08:43     Baxış: 3143 A- / A+
Azərbaycanın bayrağını və dilbər guşələrinin şəkillərini əks etdirən tramvay Haaqa küçələrində - ŞƏKİL


Azərbaycanın dilbər guşələrinin, eləcə də Şuşa və Ağdam şəhərlərinin səkilləri nümayiş olunan tramvay 3 ay yay müddətində Niderland Krallığının Haaqa şəhərinin küçələrində insanlara xidmət edəcək və ölkəmizi yerli sakinlərə tanıdacaq.

Manevr.az AzərTac-a istinadən xəbər verir ki, ölkəmizlə bağlı bu layihə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və Diasporla İş üzrə Komitəsinin dəstəyi ilə reallaşıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, Azərbaycanın dilbər guşələrinin əks olunduğu afişaları nümayiş etdirən tramvay Haaqanın ən sıx turist olan mərkəzi küçələrindən, eləcə də parlament, Sülh sarayı yerləşən küçələrdən keçir. Tramvay ilk gündən yerli sakinlərin diqqətini cəlb edib. Tramvay üzərində Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün internet saytlarının ünvanları və QR kodu da yer alıb.

“Düşünürəm ki, artıq müharibə bitib və ölkəmizin dilbər guşələrini beynəlxalq ictimaiyyətə tanıtmalıyıq. Assosiasiyamızın üzvlərinin təşəbbüsü ilə bu layihəni irəli sürdük və Niderlandın ən çox oxunan qəzetində bu haqda məlumat verdik. Qarşıdan gələn 3 ay ərzində yerli sakinlər Azərbaycanın gözəl məkanları ilə tanış olacaqlar”, - deyə M.Ağamirzəyeva bildirib.

Qeyd edək ki, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi bir neçə gün əvvəl 28 May - Respublika Günü münasibətilə də yerli qəzetdə məlumat dərc etdirmişdi.

Azərbaycanın bayrağını və dilbər guşələrinin şəkillərini əks etdirən tramvay Haaqa küçələrində - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar