Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı -ŞƏKİLLƏR

Tarix: 01-06-2021 07:21     Baxış: 3282 A- / A+
32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı

Ömürlük həbsə məhkum olan və bu müddətin 32 ilini həbsxanada yatan amerikalının günahsız olduğu ortaya çıxıb.

Bu barədə “The Detroit News” xəbər yayıb.

Məlumata görə, Gilbert Li Pul 1988-ci ildə Miçiqanda Robert Mexia adlı birini öldürməkdə təqsirli bilinib. 1989-cu ildə məhkəmə 22 yaşlı Pulu şərti azadlıq hüququ olmadan ömürlük həbsə məhkum edib.

Hökm Pulun sevgilisinin yalan ifadələri əsasında və Mexianın meyitində Gilbertin diş izinin qaldığını iddia edən stomatoloq-ekspertin iddiaları əsasında verilib.

Keçmiş sevgilisinin iddialarını Pul istintaqa qədər də rədd edib, diş izi isə günümüzdə elmi cəhətdən birbaşa sübut sayılmır. Bundan əlavə şahidlər qətldən əvvəlki gecə Mexianı özünü aqressiv aparan və bıçaqla silahlanan naməlum bir şəxslə gördüklərini deyiblər. Lakin məhkəmə toplanan dəlilləri hökm oxumaq üçün kifayət hesab edib.

Məhkəmədən sonra DNT analizi cinayət yerində Pulun izinin olmadığını göstərsə də, 80-ci illərin sonunda belə araşdırmaların nəticələri istintaqda baxılmırdı.

Pulun azadlığı uğrunda mübarizə təqribən 10 il əvvəl başlayıb.

“The Innocence Project” təkrar DNT analizi üçün icazə ala bilib. Analizin nəticələri göstərdi ki, bəzi qan nümunələri nə Pula, nə də Mexiaya aidir.

Cari ilin may ayının sonunda Oklend dairə məhkəməsinin hakimi Gilbert Li Pulun ömürlük həbsini ləğv edib və elə həmin gün buraxılması barədə qərar verib.

Pul həbsxanada olduğu müddətdə onun atası, anası və qardaşı ölub. Lakin keçmiş məhkum onun azadlığı uğrunda mübarizə aparan vəkilləri özünün yeni ailəsi hesab etdiyini deyib.

Hazırda Pul müasir həyata öyrəşməyə çalışır. O, heç bir zaman əlində mobil telefon tutmadığını etiraf edib və avtomobilin sükanı arxasına yenidən əyləşməyə qorxduğunu deyib.

Qeyd edək ki, Miçinqan ştatının qanunvericiliyinə görə, təqsirsiz yerə saxlanılan şəxsin hər ili üçün 50 min dollar (85 000 manat) təzminat ödənilməlidir. Beləliklə Pul 1,6 milyon dollar (2.7 milyon manat) təzminat ala bilər. oxu.az

Manevr.az

32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı
32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı
32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı
32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı
32 il həbsxanada yatdıqdan sonra günahsız olduğu ortaya çıxdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar