Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq elmi-praktiki konfransda - ŞƏKİL

Tarix: 31-05-2021 15:47     Baxış: 3126 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq elmi-praktiki konfransda - ŞƏKİL

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin təşkilatçılığı və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə Almatı şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda onlayn iştirak edib. “Milli-mənəvi birliyin möhkəmlənməsində dini təhsilin rolu” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfrans Qazaxıstan Respublikasının müstəqillik qazanmasının 30, ölkədə fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin yaranmasının 20 illiyinə həsr olunub.

Manevr.az
xəbər verir ki, Aİİ rəhbəri Aqil Şirinov konfransda məruzə ilə çıxış edib. Bildirib ki, din təhsili istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, dəyərlər sistemi olaraq din cəmiyyətin mənəvi inkişafında və ictimai birliyin təminində əvəzsiz rola malikdir.

Ölkəmizdə ali dini təhsil verən yeganə müəssisə olan Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verən rektor yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyində milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamağı qarşısına məqsəd qoyduğunu vurğulayıb.


Manevr.az


Azərbaycan İlahiyyat İnstitutunun rektoru beynəlxalq elmi-praktiki konfransda - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar