Xəbər lenti
Gömrük Akademiyasının tələbələri beynəlxalq müsabiqənin qalibi oldular
Dövlət Gömrük Komitəsinin Akademiyasının “Gömrük işi” ixtisası üzrə 1-ci kurs magistrantı Nuranə Axundzadə və “İqtisadiyyat” ixtisası üzrə 4-cü kurs tələbəsi Orxan Yusifov Rusiya Gömrük Akademiyası tərəfindən təşkil edilmiş “Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Moskva Beynəlxalq Modeli”nin (MIM WCO) 4-cü sessiyasında iştirak edərək onlayn formatda keçirilmiş beynəlxalq müsabiqənin qalibləri seçiliblər. Tədbirdə 25-dən artıq ölkədən 50-yə yaxın nümayəndə və tələbə iştirak edib.
Gömrük sahəsində müxtəlif xarici ekspertlərin, alimlərin və ali təhsil qurumlarının əməkdaşlarının iştirak etdiyi beynəlxalq elmi-praktiki tədbir və onun çərçivəsində təşkil edilmiş tələbə müsabiqəsinin qalibi olaraq Nuranə Axundzadə və Orxan Yusifov “Ən yaxşı təqdimat” nominasiyasında beynəlxalq sertifikatlarla təltif olunublar.
Manevr.az xəbər verir ki, tədbirin plenar iclasında müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rektorlarının, o cümlədən Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun tədbir iştirakçılarına və tələbələrə video- müraciəti təqdim edilib. Qulu Novruzov Akademiyanın bu əlamətdar təşəbbüsə qoşularaq Covid-19-la bağlı pandemiya şərtləri nəzərə alınmaqla onlayn keçirilən tədbirdə tələbələrin iştirakından məmnun olduğunu deyib. O, tədbirin elmi-praktiki əhəmiyyətindən danışıb. Akademiya haqda məlumat verən Qulu Novruzov Akademiyanın Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU), Sankt Peterburqda yerləşən ITMO Universitetinin “i-Customs” konfransının və digər tərəfdaş qurumlarla birlikdə keçirilmiş müxtəlif beynəlxalq tədbirlərinin fəal iştirakçısı və onların bəzilərinin təşkilatçısı olduğunu bildirib.
Akademiyanın tələbələri müsabiqənin "Gömrük orqanlarının fəaliyyətinin qiymətləndirilməsi" işçi qrupunda “Azərbaycan Respublikasında gömrük islahatları” adlı təqdimatla çıxış ediblər. Təqdimatlarda “Yaşıl dəhliz”, “Səlahiyyətli iqtisadi operatorlar təsisatının rolu” kimi mövzulara toxunulub. Akademiyanın təmsilçiləri Azərbaycanda gömrük siyasəti, gömrük xidmətinin aktual çağırışları, yenilikləri və gömrük sahəsində həyata keçirilmiş əsas islahatlarla bağlı sualları cavablandırıblar.
Qeyd edək ki, Rusiya Gömrük Akademiyası tərəfindən təşkil edilmiş “Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Moskva Beynəlxalq Modeli” şəbəkəsi gömrük işi və beynəlxalq gömrük əməkdaşlığı sahəsində bilik və bacarıqlarını artıran gənclərin elmi və peşəkar
inkişafı üçün innovativ beynəlxalq platformadır. Platformanın məqsədi müxtəlif gömrük orqanlarının təcrübəsindən istifadə edərək ölkə iqtisadiyyatında dövlət gömrük idarələrinin və inteqrativ birliklərin səmərəliliyinin artırılması üçün yenilikçi həll yollarının təşviq edilməsini dəstəkləmək, gömrük idarələrinin qabaqcıl dünya təcrübələrini mənimsəməyə və peşə fəaliyyətində tətbiq etməyə hazır olan gənc mütəxəssislərin peşəkar bacarıqlarının yaradılması və inkişafıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar