Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada polis tərəfindən güllələnən gəncin nəşi Azərbaycana gətiriləcək

Tarix: 31-05-2021 11:42     Baxış: 4144 A- / A+
Rusiyada polis tərəfindən güllələnən gəncin nəşi Azərbaycana gətiriləcək


Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində baş vermiş hadisənin təfərrüatı bilinib.

Manevr.az-ın məlumatına görə, Novosibirsk azərbaycanlılarının diasporundan oxu.az-a bildiriblər ki, ağır yaralanmış 19 yaşlı Vəkil Abdullayev mayın 30-da günorta saatlarında dünyasını dəyişib.

Həmin gün mərhumun evinin qarşısına 200-ə yaxın azərbaycanlı toplaşıb. Onlar istintaqın düzgün aparılmasını tələb ediblər.

"Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatından bildirilib ki, Novosibirskdə azərbaycanlılara qarşı münasibət hər zaman yaxşı olub:

"Burada vəzifəlilər arasında azərbaycanlılar da var. Həm də yerli diaspor üzvləri xeyirxahlığı ilə seçilib, müxtəlif humanitar aksiyalarda iştirak ediblər.

Qubernator hər zaman azərbaycanlıların işlərini qeyd edib. Mərhumun atası şəhərdə hörmət sahibi olub. Hadisə həmyerlilərimizi sarsıdıb və onlar ədalətli istintaq tələb ediblər”.

Diaspor rəhbəri bildirib ki, İstintaq Komitəsinin yerli idarəsi hadisənin ədalətli şəkildə araşdırılacağına zəmanət verib. Artıq hər iki polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb və tutulub. Atəş açan əməkdaşı isə 10 ilə kimi həbs cəzası gözləyir (cinayəti sübut olunarsa).

Polislərin saxladığı maşının sürücüsü Ruslan Qurbanovdan bütün ittihamlar götürülüb (polisə müqavimət) və o, azadlığa buraxılıb.

Rəhmətə gedən V.Abdullayevin Gürcüstan azərbaycanlısı olduğu bildirilir. Onun nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək.

Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.
Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qalıb.

Hadisə ilə bağlı "Vəzifə səlahiyyətlərindən sui-istifadə” və "Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar