Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseynbala Mirələmov: "Səhvlərimdən dərs almışam"

Tarix: 31-05-2021 09:12     Baxış: 3191 A- / A+
Hüseynbala Mirələmov: "Səhvlərimdən dərs almışam"

"Deyə bilmərəm ki, həyatım başdan-başa elə uğurlardan ibarətdir. Uğursuzluqlarım da çox olub. Hamı kimi xeyli yanlışlıqlara da yol vermişəm. Amma bir şey var ki, bu yanlışlıqları heç vaxt görməzdən gəlməmişəm. Onlardan nəticə çıxarmağa çalışmışam. Səhvlərimdən dərs almışam bacardıqca..."


Bu sözləri sabiq deputat Hüseynbala Mirələmov deyib. O bildirib ki, vicdan dəyərindən heç vaxt vaz keçməyib:

"Biz sovet ideologiyasının təsiri altında yetişmiş insanlarıq. Sovetlərin bir çox dəyərlərini özümüz üçün müqəddəsləşdirmişdik. Bu dəyərlərin çoxu puç oldu, bir anlamı qalmadı. İmtina etdik çoxundan. Bir dəyərdən isə heç vaxt vaz keçmədim. O dəyərin adı vicdandır... Müəllimlərimizin də, valideynlərimizin də bizə ən çox aşıladıqları o idi"

"Ötüb-keçən illər mənə kifayət qədər həyat təcrübəsi qazandırıb. İndi də düşünürəm ki, vicdan bir insan üçün ən mühüm keyfiyyətdir. Əslində, o, bir insana gərək olan bütün mənəvi-əxlaqi keyfiyyətlərin məcmusudur.

İnsan savadsız ola bilər, hansısa peşəkar qabiliyyətlərində axsaya bilər, yarıtmaz ola bilər, bunları düzəltmək mümkündü. Amma əgər insan vicdansızdırsa, onunla yola getmək çox çətin olacaq", - deyə sabiq deputat əlavə edib.

Xatırladaq ki, sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışını əks etdirən videosu yayılmışdı. Həmin videoya görə H. Mirələmov YAP-dakı bütün vəzifələrindən azad edilmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar