Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xoyskinin nəticəsi xalqımızı təbrik etdi - VİDEO

Tarix: 30-05-2021 16:52     Baxış: 4151 A- / A+
Xoyskinin nəticəsi xalqımızı təbrik etdi - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə 28 may – Respublika Gününə həsr olunmuş videoçarx təqdim edilib.

Komitədən verilən məlumata görə, videoçarxda İsveçrədə yaşayan Mariya xan Xoyskaya milli geyimdə Azərbaycanın iki dahi şəxsiyyətinin – Nizami Gəncəvinin və Üzeyir Hacıbəylinin yaratdığı "Sevgili Canan" əsərinin sədaları altında Azərbaycan rəqsini ifa edib. Rəqs nömrəsi Cenevrə gölünün sahilində çəkilib. Xalqımızı və dünya azərbaycanlılarını bu möhtəşəm bayram münasibətilə təbrik edən soydaşımız bildirib ki, ifasını Respublika Gününə və Vətən müharibəsindəki qələbəmizə həsr edir.

Qeyd edək ki, Mariya xan Xoyskaya Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan nəticəsidir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar