Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstana quru yolla getmək bu şərtlərlə mümkün olacaq

Tarix: 29-05-2021 17:56     Baxış: 4219 A- / A+
Gürcüstana quru yolla getmək bu şərtlərlə mümkün olacaq


"Gürcüstana quru yol vasitəsilə daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış mütləq tələb olunacaq”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, koronavirus əleyhinə vaksinin hər iki dozasını vurduran şəxslər də həmin arayışı təqdim etməli olacaqlar: "Arayışsız quru sərhədlərdən Gürcüstan ərazisinə daxil olmağa icazə verilməyəcək”.

Mərkəz rəhbəri qeyd edib ki, quru sərhədlərin açılması ilə Gürcüstana yollanacaq ziyarətçilərin sayı artacaq və bu da yoluxma hallarının artmasına səbəb ola bilər: "Buna görə də biz çox ehtiyatlı olmalıyıq. Ölkəyə səfər edəcək şəxslərə vaxtaşırı tibbi müayinədən keçmək də tövsiyə ediləcək”.

Qeyd edək ki, Gürcüstan iyunun 1-dən quru sərhədlərini açır. Qonşu ölkəyə quru yolla PCR testinin neqativ nəticəsi ilə daxil olan şəxslər üç gün ərzində öz hesablarına təkrar test verməli olacaqlar./report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar