Xəbər lenti
Məhəmməd Əmin Rəsulzadə niyə Topçubaşovdan üz döndərmişdi? - VİDEO
Azərbaycan Xalq Cümhuriyyətinin ilk beynəlxalq rəsmisi, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə AzTV-də xatirələrini bölüşəcək.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən ölkə.az-a verilən məlumata görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin “Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edəcək.
Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb.
Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin dövrünün görkəmli siyasi xadimi olan, Amerikanın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir.
“Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışacaq.
“Yüz ilin adamları” proqramını Hüseyn Cavadzadənin təqdimatında may ayının 28-i saat 21:30-da AzTV-də izləyə bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar