Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya azərbaycanlılarının həmrəylik rəmzi - "YAŞAT" marafonu

Tarix: 27-05-2021 13:59     Baxış: 3157 A- / A+
Dünya azərbaycanlılarının həmrəylik rəmzi - "YAŞAT" marafonu

Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin və yaralıların ailələrinə dəstək məqsədilə xeyriyyə marafonu təşkil olunub.


Manevr.az xəbər verir ki, mayın 30-dək davam edəcək bu milli həmrəylik tədbirinin məqsədi Vətən müharinsəində sağlamlığını itirmiş qazilər və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dəstək olmaq üçün bütün dünya azərbaycanlılarını YAŞAT Fonduna ianə etməyə dəvət etməkdir.

Marafon Azərbaycan Dövlət Televiziyası (AzTV) vasitəsilə yayımlanıb. Marafonun elə ilk saatlarındaca məlum oldu ki, Azərbaycan xalqı lazım olan anda bir yumruq ətrafında birləşə və məğlubedilməz gücə çevrilə bilir. Bu marafon həm də Vətən müharibəsində dünya azərbaycanlılarının “dəmir yumruq” ətrafında sıx birləşməsinin daha bir təzahürü idii. Bununla dünya azərbaycanlıları diaspor-dövlət birliyini yeni nüminəsini ortaya qoydu.

Otuz ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi Cənubi Qafqazın lider ölkəsi sayılan Azərbaycanın həm də qüdrətli dövlət olduğunu bir daha dünyaya sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük müharibədə qazandığı Zəfəri hər bir azərbaycanlıya sevinc və qürur yaşatdı. Diasporla İş üzrə Dövlət Komitəsi dətəyi ilə təşkil olunan YAŞAT marafonu isə
dünya azərbaycanlılarını birliyə və həmrəyliyə səsləyən yeni bir çağırışdır. Bu çağırışa səs verərək marafona qoşulan hər bir azərbaycanlı Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qazandığı qələbəmizə yeni sevinc qatacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da dəfələrlə öz çıxışlarında vurğuladığı kimi, məhz xaricdə yaşayan soydaşlarımızın birliyi, mütəşəkkilliyi sayəsində 44 günlük müharibədə Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Ermənistanın işğalçılıq siyasətinin, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, beynəlxalq hüquqa hörmətlə yanaşan hər bir kəsin problemi olduğu bəyan edildi.

Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına başa gələn şanlı Qələbə hamımızı sevindirdi, lakin müharibə nəticəsində 2800 nəfərdən çox şəhidimiz, yüzlərlə yaralı qazimiz var. “YAŞAT” xeyriyyə marafonu qələbəni bizə yaşadanları yaşatmaq, şəhid ailələrinin, qazilərimizin problemlərinin həllinə kömək etmək məsuliyyətindən irəli gələn zərurətdir. Odur ki, dünya azərbaycanlılarının birlik və həmrəylik simvolu olan “YAŞAT” xeyriyyə marafonuna qoşulmaq hamımızın borcudur!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar