Xəbər lenti
Ərdoğanın dayısı oğlunun Azərbaycan uşaqlarına göndərdiyi "Hədiyyə karvanı" yola çıxdı -ŞƏKİLLƏR
Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” növbəti dəfə azərbaycanlı uşaqları sevindirəcək.
Türkiyənin əksər şəhərlərində pandemiya dövründə məktəbdən, sosial həyatdan ayrı düşən, evdə zaman keçirmək məcburiyyətində qalan uşaqlara maraqlı hədiyyələr aparan karvan bu dəfə Azərbaycana doğru yol alıb. Videodan da göründüyü kimi, "Hədiyyə karvanı" mayın 27-də İstanbuldan yola çıxıb. Karvan mayın 31-i Azərbaycana çatacaq və iyunun 20-dək müxtəlif şəhərlərimizi gəzib, azyaşlıları sevindirəcək.
"Hədiyyə karvanı" 1 iyunda Tovuzda olacaq. Orada Azərbaycan mediasının, millət vəkillərinin, qəzet və televiziyaçıların, Şəhid ailələri və qazilərimizin, əsas da təbii ki, uşaqların iştirakı ilə açılış törəni olacaq. Tovuzdan start götürən xeyirxah karvan 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.
Qeyd edək ki, şəhər və rayonlarımızı dolaşacaq "Hədiyyə karvanı" aksiyası "YAŞAT" FONDUnun dəstəyi və onunla ortaq şəkildə həyata keçirilir. Layihənin informasiya dəstəkçilərindən biri "Yeni Müsavat" Media Qrupudur.
Arayış üçün qeyd edək ki, Mehmet Mutlu bəy Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğludur. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar