Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Niyaz Niftiyev zaminə buraxıla bilər? - Hüquqşünas açıqladı

Tarix: 26-05-2021 16:48     Baxış: 4144 A- / A+
“Niyaz Niftiyev zaminə buraxıla bilər? - Hüquqşünas açıqladı

"Tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevin polis nəzarətinə verilməsi və zaminə buraxılması mümkündür”.

Manevr.az xəbər verir ki, bu sözləri bakupost.az-a açıqlamasında "Konstitusiya"Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, Niyaz Niftiyevin cəmiyyətdəki mövqeyi, istintaq vaxtı sərgilədiyi davranışlar imkan verir ki, məhkəmə baxışı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri CPM-də müəyyən edilmiş qaydada həbslə əlaqədar olmayan digər qətimkan tədbiri ilə əvəzlənsin: "Məhkəmə prosesi gedərkən, məhkəmə istintaqı aparılarkən onun barəsində həbs qətimkan tədbirinin başqa növlə dəyişdirilməsi mümkündür. Müdafiə tərəfinin vəsatəti əsasında bu məsələyə baxmaq olar. Başqa yerə getməmək, ev dustaqlığına vermək kimi digər çoxsaylı, həbslə əlaqədar olmayan qətimkan tədbiri nəzərdə tuta bilər. Niyaz Niftiyevin şəxsiyyəti də imkan verir ki, onun barəsində məhkəmə prosesinin gedişində həbs qətimkan tədbiri dəyişdirilsin. Çünki onun gələcəkdə bu və ya digər cinayətin etməsi və ya şahidlərə təzyiq göstərməsi və digər məhkəmə istintaqının mane ola biləcəyi mümkünsüz görünür. İbtidai istintaqda verdiyi bütün ifadələr var. Proses boyu dediklərini hər zaman söyləyib. Digər tərəfdən, ömrünün böyük bir hissəsində jurnalist fəaliyyəti ilə məşğul olub. Hər zaman ona hörmətlə yanaşılıb. Əminəm ki, həbs qətimkan tədbiri dəyişdirilsə, heç zaman məhkəmə prosesindən qaçıb gizlənməz. Çünki onun şəxsiyyəti buna imkan vermir. Bütün ehtimalları nəzərə alsaq, görərik ki, heç bir halda onun məhkəmədən qaçıb gizlənməsi mümkün deyil. Həm də cinayət hallarının aşkar edilməsinə mane olacaq hərəkətləri mümkünsüzdür. Sadəcə şəxsiyyətinə, davranışına fikir versək, buna əmin olmaq olar. Bir sözlə, məhkəmə baxışı davam etdiyi dövrdə belə onun barəsində məhkəmə qətimkan tədbirini dəyişdirmək üçün yetərli qədər hüquqi imkanlar var”.

Ə. Nuriyev əlavə edib ki, Niyaz Niftiyevi zaminliyə də götürmək olar: "Azərbaycanın ayrı-ayrı görkəmli dövlət və ictimai xadimləri də bu müddət ərzində onu zaminliyə götürə bilər. Bir neçə gün əvvəl millət vəkili, Xalq şairimiz Sabir Rüstəmxanlı tərəfindən Milli Məclisdə bu məsələ qaldırıldı. Əminəm ki, Milli Məclisin bir qrup deputatı da onu zaminliyə götürmək istəyər. Sabir müəllimin bu məsələni qaldırması şübhəsiz ki, Niyaz Niftiyevin şəxsiyyətinə olan hörməti ilə bağlıdır.

Bir müddət əvvəl isə bir qrup tanınmış jurnalist, millət vəkili və ictimai xadim onunla bağlı cənab Prezident İlham Əliyevə müraciət etmişdi.

Belə bir adam barədə şəxsi zaminliyə verilməsi növündə qətimkan tədbiri seçilməsi baradə məhkəmə qərar qəbul edərsə, məmuniyyətlə biz də buna hazırıq. Mən özüm də bu prosesdə zamin kimi iştirak edərəm. Ümid edirəm ki, məhkəmə işə baxarkən bütün məsələləri obyektiv araşdıracaq. Niyaz Niftiyevin necə ləyaqətli insan olduğunu bilirəm. Çox istərdim ki, tezliklə onu azadlıqda görək”.

Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar