Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Növbəti aylarda bəzi məhdudiyyətlər ləğv edilə bilər" - TƏBİB RƏSMİSİ

Tarix: 24-05-2021 21:35     Baxış: 4191 A- / A+
"Növbəti aylarda bəzi məhdudiyyətlər ləğv edilə bilər" - TƏBİB RƏSMİSİ

''Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər''.

Manevr.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır. Bu göstəricilərə həm vaksinasiyanın uğurla davam etdirilməsi, həm də vətəndaşların verilən tövsiyələrə əməl etmələri nəticəsində nail olunub.

Vasif Əliyev deyib ki, insanlar bundan sonra peyvənd olunmaqda daha maraqlı olmalıdırlar. Çünki pandemiyanın qarşısını ala biləcək ən təsirli üsul vaksinasiyadır. Peyvəndləmə ilə virusun yayılma zənciri qırılır və yoluxuculuq azalır.

TƏBİB rəsmisi əlavə edib ki, vətəndaşlar nəzərdə tutulan qaydalara əməl etsələr virusa daha tez qalib gəlmək mümkün olar.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar