Xəbər lenti
Azərbaycanda 100 minlik evlilik təklifi edən şəxs kimdir? - TƏFƏRRÜAT

Bakıdakı təmtəraqlı və qeyri-adi evlilik təklifi ilə bağlı videogörüntülər ictimaiyyətdə rezonans doğurub. Paytaxtın məşhur hotellərindən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb.
Manevr.az xəbər verir ki, böyük hissəsi dronla çəkilən və video çəkilişləri fotoqraf-rejissor Cəlal Kəngərliyə məxsus olan kompozisiyaya 100 mindən çox pul xərcləndiyi iddia olunur.
Məsələ ilə bağlı bizim.media-ya danışan videogörüntü müəllifi Cəlal Kəngərli sözügedən gəncin adını açıqlamayıb, lakin bildirib ki, həmin şəxs Türkiyədə yaşayan biznesmendir:
“Həyatını sıfırdan quran bir insandır. Xanımı da sadə bir vətəndaşdır və azərbaycanlı iş adamının qızıdır”, - deyə rejissor əlavə edib.
Cəlal Kəngərli videoya 100 min manat xərclənməsi məsələsinə də münasibət bildirib. O deyib ki, evlilik təklifi ilə bağlı kompozisiyaya 40 min 800 manat pul xərclənib:
“100 min iddiası doğru deyil. O gənc yaxından tanıdığım biridir. Sadəcə xərcləri o qədər tutub, şirkət xərclərini əlavə etməmişik. Normalda adi müştəri üçün belə görüntüləri 50-60 min manata edirik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar