Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-dən pandemiya ilə bağlı ŞAD XƏBƏR

Tarix: 23-05-2021 19:18     Baxış: 3147 A- / A+
TƏBİB-dən pandemiya ilə bağlı ŞAD XƏBƏR

“Biz əvvəllər də demişdik, pandemiyanın bitməsi üçün əhalinin təqribən 2/3 hissəsinin immunitet qazanması lazımdır. Bu təqribən 70-75 faiz edir. Onda pandemiya təhlükəsi sovuşa bilər“.

Manevr.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov bildirib ki, hazırda bütün vaksinasiya olunanların sayı 1.7 milyondan çoxdur:

“Bu, təqribən 20-25 faiz əhali deməkdir. Hesab etsək ki, bir o qədər insanlar da xəstəliyi keçirib sağalaraq immunitet qazanıb. Onda hesab etmək olar ki, əhalinin yarısı və ya yarısından çoxu bir hissəsi artıq immunitet qazanıb. Biz əgər rəsmi rəqəmlərə baxsaq, xəstəliyi keçirənlərin sayının bir qədər az olmasını görərik. Amma həm də onu da qəbul etmək lazımdır ki, xəstəliyi həqiqətən keçirib sağalanların sayı rəsmi statistikadan yüksəkdir. Çünki rəsmi statistikaya düşməyən xəstələnib sağalanlar da var. Bu yəqin ki, böyük bir rəqəmdir. Yaxın müddətdə bizim əhali qrupumuzdan immunitet qazanmışların sayı biz dediyimiz rəqəm qədər olacaq və ona yaxınlaşacaq. Buna görə də yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik“.

Qeyd edək ki, hazırda ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 134 376 , ikinci mərhələ üzrə isə 852 593 nəfər təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar