Xəbər lenti
Ruhi xəstəliyi olanlar sürücülük vəsiqəsini necə əldə edib? - AÇIQLAMA - VİDEO
"Elə ruhi xəstələr var ki, sürücülük vəsiqəsi var və onlar avtomobil idarə edirlər".
Manevr.az xəbər verir ki, bu barədə məlumatı ''XəzərXəbər''ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova əlilliyin qiymətləndirilməsi zamanı əsas olaraq diqqət edilən məqamlara aydınlıq gətirərkən deyib.
Mətanət Məmmədova deyib ki, təmsil etdiyi qurum tərəfindən müxtəlif istiqamətdə yoxlamalar aparılarkən bu kimi faktlar aşkar edilib..
Bəzən əksinə də olur ki, sürücülük vəsiqəsi olan şəxslərin sonradan psixi xəstəliyi, ruhi xəstəliyi yaranır. Bu da təbi ki, yollarda real təhlükədən xəbər verir. Mətanət Məmmədova deyir ki, belə halların qarşısını almaq üçün qaydalara dəyişiklik edilməlidir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev bildirdi ki, belə halların olması mümkündür. Çünki sürücülük vəsiqəsi almaq istəyən şəxsdən sağlamlıq haqqında arayış yalnız ilk dəfə sürücülük vəsiqəsi alınan zaman və etibarlılıq müddəti bitdiyi halda dəyişdirilərkən 60 yaşı tamam olmuş şəxslərdən tələb olunur. Lakin mövcud qanunvericiliyə görə 60 yaşı tamam olmayan şəxslərdən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq haqqında tibbi arayış tələb edilmir.
Yol polisində hesab edirlər ki, sürücülük vəsiqəsi on ildən bir dəyişdirilərkən sağlamlıq haqqında arayışın tələb olunması qaydası yenidən bərpa edilməlidir. Əks halda, bu cür halların yaranması qaçılmazdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar