Xəbər lenti
Çingiz Abdullayev: "Allahın məqsədlərini öyrənmək istəyirəm"
"Mən bir dəfə bunu demişdim, Allahın məqsədlərini öyrənmək istəyirəm. Nəyə görə, O insanları yaradıb? Mən bəlkə yazıçı kimi düz fikirləşmirəm, ancaq, mən düşünürəm ki, Allah bizi bədbəxtçilik üçün yaratmayıb".
Manevr.az yeniavaz-a istinadla bildirir ki, Çingiz Abdullayev bu sözləri müsahibəsində deyib. O qeyd edib ki, insan üçün valideynlər, can sağ ən dəyərli məfhumlardır:
"Argentina yazıçısı Borxis yazır ki, əgər insan Allaha heç olmasa 1 faiz inanırsa o, Allahın bütün bəşəriyyəti yaratdığına da inanmalıdır. Əgər hər şeyi Allah yaradıbsa, onda iblisi də Allah yaradıb. Borxis bu anda soruşur, "Axı nə üçün iblis yaradılıb?" Bizə axı iblis olmadan yaşamaq yaxşı olmazdımı? Çünki, iblisi yaratmaqla Allah bizə seçim verib. Yolumuzu biz özümüz seçirik. İki yol var, Allahın yolu, iblisin yolu. Elə insanlar var sona qədər iblisin yolunu gedirlər. Mən inanıram ki, Allah insanı xoşbəxtlik üçün yaradıb. Müharibə üçün yaratmayıb. İnsanlar dinc yaşamaq istəyir. İnanın heç kəs övladının müharibəyə getməsini istəməz. Xoşbəxt olmaq insanın özündən asılıdır".
Xalq yazıçısı bildirir ki, həyatda ancaq iki gününü, ana və atasını itirdiyi günləri dəyişmək istərdi:
"Həmişə deyirəm ki, evə gedəndə ananıza, atanıza "mən səni sevirəm" deyin. Onları öpün. Bilirsiz, necə sevinəcəklər?! Bir az fikirləşin ki, siz bu dünyaya nəyə gəlmisiniz, sizdən sonra nə qalacaq. Siz elə yeyib-içmək və heç nə etməmək üçün bu dünyaya gəlmisiniz? Biz bunları deyəndə kimisi hirslənir, deyinir. Puldur, kitablardır bunlar o qədər də ciddi deyil. Ciddi olan can sağlığıdır. İnsan uşaqlarının canı sağ olanda xoşbəxt olur, ata-anası sağ olanda xoşbəxt olur. Mənim anam 87 yaşında, atam 81 yaşında dünyasını dəyişib. Amma onların mənə verdiyi xoşbəxtlik əbədi mənim qəlbimdə yaşayacaq, həmişə mənimlə qalacaq. Görün mən neçə yaşınadək uşaq qalmışdım. İtirəndən sonra nə itirdiyimizi başa düşürük. Onlardan çox bizi heç kəs sevməyəcək. Düzdür, bizim həyat yoldaşımız, uşaqlarımız var. Ancaq, biz onları sevirik. Valideynlərimiz yanımızda olanda biz başa düşmürük ki, necə xoşbəxtik. Sonra anlayırıq ancaq, onda da gec olur. Mən həyatda iki günümü dəyişmək istərdim. Biri atamı itirdiyim, digəri isə anamı itirdim gündür. Mən istəyərdim bu bir az da gec olsun. Düzdür mən bunu deyəndə mənə bildirirlər ki, anan 87, atan 81 yaşında dünyasını dəyişib, istəyirdin 200 il yaşasınlar? Bəli istəyərdim, istəyərdim... Amma başqa heç nəyi dəyişmək istəməzdim".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar