Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avtoxuliqan həbs edildi - VİDEO

Tarix: 22-05-2021 21:59     Baxış: 4135 A- / A+
Avtoxuliqan həbs edildi - VİDEO


Sumqayıt şəhərində avtoxuliqanlıq edən şəxs həbs edilib.

Sumqayıt şəhərində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.

Belə ki, şəhər sakini olan Rüfət Sərxanov idarə etdiyi "Khazar LX" markalı minik maşını ilə davamlı olaraq Sumqayıt ərazisində cəmiyyətə açıqca hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri törədib.

O, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının saxlama əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücünün saxlanılması təmin edilib. Rüfət Sərxanov barəsində toplanan materiallar məhkəməyə göndərilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs qərarı verilib.Məhkəmənin qərarı ilə, həmçinin, R.Sərxanovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, sürücünün davamlı olaraq törətdiyi kobud qayda pozuntuları, bilərəkdən digər hərəkət iştirakçılarının yoluna çıxaraq avtomobil idarə etməsi ərazidə olan kameralar vasitəsi ilə qeydə alınıb.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar