Xəbər lenti
Tacir Şahmalıoğlu “Xarıbülbül” festivalına çağırılmamasından danışdı

28 ildən çoxdur ki, Şuşa həsrətindəyəm. Ağdamlı olsam da, körpəliyimdən Şuşanı qarış-qarış gəzmiş bir insanam. “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim də arzum idi. Təəssüf ki, qatıla bilmədim.
Manevr.az xəbər verir ki bu sözləri müğənni Tacir Şahmalıoğlu deyib. Festivala qatıla bilmədiyi üçün məyusluğunu dilə gətirən sənətçi sözlərinə belə davam edib: “Şuşadan ötrü burnumun ucu göynəyir. Bu şəhəri görmək həsrəti ilə yaşayıram. Mən o torpaqları dizin-dizin gəzməyə hazıram. Nədənsə yada düşmədim... Üzgünəm, bu barədə əlavə nəsə deyə bilmərəm”.
12 yaşında oxuduğu “Bayatı-Şiraz” ilə qəlblərdə silinməz izlər buraxan Tacir Şahmalıoğlu Kənan Bayramlının Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalındakı çıxışını bəyəndiyini deyib.
Məlumat üçün bildirək ki, sənətçi müsahibələrinin birində “Bayatı-Şiraz”ın toxunulmaz olduğunu qeyd edib. “Bu musiqi, bu improvizə əvəzolunmazdır. Bu, toxunulmaz bir şeydir, buna niyə toxunurlar ki? Bu elə bir musiqidir ki, Azərbaycanın qəmli günündə də, sevincli günündə də insanlar bunu sevir, dinləyir. Ruhi qida kimi əsgərlərimizə ilham verdi bu muğam. Bütün Azərbaycan xalqı bu mahnını ürəklərinin üzərində gəzdirir. Ona görə də bu musiqi toxunulmazdır. Mən çox xahiş edirəm ki, buna toxunmasınlar, dəyməsinlər!”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar