Xəbər lenti
Ceyhun Məmmədovun “Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabı işıq üzü görüb - ŞƏKİL
Milli Məclisin deputatı Ceyhun Məmmədovun “Cəmiyyət, şəxsiyyət, təhsil, din” kitabı çapdan çıxıb.
Manevr.az xəbər verir ki bu barədə müəllif özü məlumat verib.
Ktabda şanlı Azərbaycan tarixinin ən yeni dövründə baş vermiş mühüm hadisələrə, dinimizin, təhsilimizin, mədəniyyətimizin tarixinə nəzər salınıb. Son dövrdə baş verən inkişaf və müsbət dəyişikliklərlə zəngin olan ən yeni tariximiz haqqında bir çox yazılara yer verilib.
Kitabda bölmələr üzrə Cəmiyyətdə baş verən mühüm hadisələrdən, müasir gəncliyin formalaşmasına təsir edən əsas amillərdən, təhsilimizin, dinimizin tarixi köklərindən və bugünkü vəziyyətindən geniş bəhs olunur.
Digər bölmədə dövlət və xalq üçün ən həssas məsələlərdən olan din haqqında ətraflı məlumat yer alıb. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rolu xüsusi qeyd edilərək geniş şərh olunub.
Kitabda işğaldan azad edilən ərazilərdə Ermənistanın törətdiyi vəhşilikllərə də geniş yer verilib. Ermənilərin dini və mədəniyyət abidələrimizi darmadağın etməsinə diqqəti çəkilərək həmin vəhşiliyinin faktlarla təqdim edilməsinə çalışılıb.
Kitabda 44 günlük Vətən müharibəsi zamanı baş verən mühüm hadisələrə də geniş yer verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar