Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Keçmiş prokuroru ölümlə hədələyən şəxs polisə aparılıb

Tarix: 17-05-2021 10:13     Baxış: 3260 A- / A+
Keçmiş prokuroru ölümlə hədələyən şəxs polisə aparılıb


Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb.

Bu barədə R.Səfərovun özü feysbuk səhifəsində məlumat paylaşıb.

Keçmiş müstəntiq qeyd edib ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov ona zəng edib:

“Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Vətəndaş Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır.

Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verlidiyini bildirdi”.

Qeyd edək ki, R.Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar