Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Toy mərasiminə icazə verildi -İNGİLTƏRƏDƏ

Tarix: 17-05-2021 09:02     Baxış: 3254 A- / A+
 Toy mərasiminə icazə verildi


Bu gündən etibarən İngiltərədə koronavirusla bağlı qoyulan qaydalar yüngülləşdirilir.

Manevr.az bildirir ki, apa-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da muzeylər, kinoteatrlar, və hoteller öz fəaliyyətlərini bərpa edir.

Həmçinin restoranların daxili məkanlarında da müştərilərə xidmət etməyə icazə veriləcək.

Bundan əlavə, insanlar qapalı məkanlarda 6 nəfərədək, açıq məkanlarda isə 30 nəfərədək toplaşa, görüşə bilərlər. Eyni zamanda, maksimum 30 nəfərlik toy mərasimlərinin keçirilməsinə də icazə veriləcək.

Qeyd edək ki, bundan əvvəl İngiltərədə koronavirus qaydaları aprelin 12-də yumşaldılmışdı. Bu qaydalara əsasən, restoranların açıq məkanlarda fəaliyyətinə icazə verilmiş, idman zalları fəaliyyətini bərpa etmişdi.

Hər şey qaydasında gedərsə, İngiltərə hökuməti tərəfindən iyunun 21-də növbəti yumşaldılma barədə qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, Britaniyada koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edənlərin sayı 20 milyonu keçib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar