Xəbər lenti
Bakıda bu da oldu – “Qırmızı işləmir” - ŞƏKİL
Bakının Binəqədi rayonunda işıqforun işləmədiyini göstərmək üçün qəribə üsula əl atılıb.
Manevr.az xəbər verir ki, Binəqədi rayonu ərazisində işıqforun işləmədiyini göstərmək üçün üzərinə “qırmızı işləmir, ehtiyatlı ol” yazısı olan kağız parçası yapışdırılıb. Bu barədə foto və məlumat sosial şəbəkədə izləyicilərin gülüş hədəfinə çevrilib.
Kağızın kim tərəfindən yapışdırıldığını öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. O, sözügedən qeyri-adi təşəbbüsün təmsil etdiyi qurum tərəfindən həyata keçirilmədiyini bildirib:
“Həmin işıqfor ərazidən keçən elektrik xətlərindəki qısaqapanma səbəbilə işləmir. Qırmızı işıq xarab olub. Ancaq həmin problemi kim kağıza yazıb ora yapışdırıb bilmirəm. BNA tərəfindən belə bir addım atılmayıb”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə Lent.az-a məsələ barədə belə aydınlıq gətirib:
“Bu gün Bakıda yol hərəkəti ilə bağlı quraşdırılmış texniki vasitələr, tənzimləyici nişanlar və işıqforların quraşdırılması və qorunması Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Xüsusilə, işıqforların iş prinsipinə nəzarət də həmin qurum tərəfindən yerinə yetirilir. Ərazidə xidmət aparan yol polisi əməkdaşları da hansı çatışmazlıq varsa, raport yazır və bu haqda məruzə edirlər”.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar