Xəbər lenti
Əli Həsənovdan analitik mərkəz yaratması iddiaları ilə bağlı AÇIQLAMA
“Çox təəssüf ki, bəziləri insanların diqqətini çəkməyə bir şey tapmayanda mənim haqqımda nəsə uydururlar və cəmiyyətə tirajlayırlar”.
Manevr.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının keçmiş şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov, yeni analitik mərkəz yaratması ilə bağlı mətbuatda yayılan iddialar barədə yeniavaz.com-a açıqlama verərkən deyib. O bildirib ki, hazırda yalnız elmi fəaliyyətlə məşğuldur:
“Gah məni hansısa antiiqtidar dairələr və əks düşərgədən kimlərləsə görüşdürürlər, gah da hakimiyyətə qarşı hansısa blok yaratmaqda, antiiqtidar mərkəz qurmaqda və s. günahlandıraraq, özlərinə saxta IP istehsal etməyə çalışırlar. Bütün bunlar tam yalandır. Mən keçmiş məmur həyatımda formalaşdırdığım və ictimai-siyasi mövqeyimdə keçən 30 ildə Azərbaycan cəmiyyətinə açıq bəyan etdiyim Əliyevçilik mövqeyindən nə bu gün, nə də gələcəkdə imtina etmək fikrində deyiləm. Hazırda yalnız elmi fəaliyyətlə məşğulam və imkan düşdükcə “Facebook” səhifəmdə mövcud hakimiyyətin siyasi kursuna ictimai dəstək verirəm”.
Qeyd edək ki, bir müddət əvvəl KİV-də Əli Həsənovun yaxın çevrəsi ilə birlikdə, özünün yerli və xarici mətbuatda piarının aparılmasını, onunla bağlı işlərin yenidən qurulmasını təmin etmək məqsədilə analitik mərkəz yaratması ilə bağlı xəbərlər yayılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar