Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlara verilən ƏN SƏRT cəzalar – VİDEO

Tarix: 12-05-2021 19:49     Baxış: 4175 A- / A+
Uşaqlara verilən ƏN SƏRT cəzalar – VİDEO


Uşaqların günahları çox vaxt eyni olsa da, hər valideynin özünəməxsus cəza üsulu var.

Manevr.az lent.az-a istinadla müxtəlif ölkələrdə yaşayan valideynlərin övladlarına qarşı tətbiq etdikləri maraqlı və eyni zamanda sərt cəza növlərini təqdim edir:

Heç bir valideyn övladının ona yalan söyləməsini istəməz. Ata küçədə, marketdə yalan danışan oğlunun üzərinə “Mən yalançıyam” yazısı yazılmış pankart ilə gəzdirir.

Ailəcə nə isə etmək istəyəndə mütləq bu qərara müxalif kimsə olacaq. Evlərinin divarını övladları ilə birgə rəngləmək istəyən valideynlər qərara etiraz edən övladının divarını rəngləməyib, üzərinə “dəli” yazdılar.

Bacı-qardaş arasında mübahisə qaçılmazdı. Bu mübahisəyə son vermək istəyəndə çox vaxt onları bir-birlərindən uzaq tuturlar. Amma bunun əksini etmək də mümkündür. Ana böyük bədən ölçülü üst geyimin üzərinə “barış” yazaraq qardaşlara geyindirir. Bundan əlavə, tez-tez mübahisə edən övladlarınıza qucaqlaşma cəzasını da verə bilərsiniz.
Uşaqlarının dostları ilə mübahisə etməsi də, valideynləri narahat edən məsələdir. Qızı dostunun geyimini lağ etdiyinə görə, ana ona belə bir cəza verir: Ən pis geyimlərini geyindirib, küçədə gəzdirir.

Oğurluğun cəzası nədir? Çox vaxt bu günaha görə həbs cəzası verilir. Bunu balaca qızına öyrətmək istəyən ata ona həbsxana geyimi geyindirib, plastik qablarda yemək verir, yerdə yatızdırır.

Ana gecə çölə çıxma qadağasını dinləməyən uşaqları üçün fərqli cəza üsulu tətbiq edib. Belə ki, o evin dəhlizinə qorxulu "maska" yerləşdirir. Gecə analarından gizlin çölə çıxmaq istəyən uşaqlar "maska"nı görən anda qorxudan qışqırırlar. Bununla da onlar “gizli planları”nı həyata keçirə bilmir.
Cəza seçimində qərarsız qalan valideynlər seçimi uşaqların ixtiyarına verir. Günahkar olan uşaq “Cəza çarxı” adlanan dairəni döndərir və öz cəzasını seçir.

Əgər övladınızın sosial media hesabında iddialı fotolar paylaşmasını istəmirsinizsə, o zaman bu atanın istifadə etdiyi cəzadan yararlana bilərsiniz. Belə ki, ata qızının geyimlərini geyinib, onun kimi fotolar çəkdirir. Paylaşım zamanı qızını da təq edir.

Uşaqları telefon və kompüterdən uzaqlaşdırmaq valideylər üçün ən əzablı işlərdən biridir. Videodakı ata bu problemin çox asan həlli yolunu tapıb: dərslərini hazırlamayan oğlunun telefonunu onun gözləri önündə sındırır.

Karantin vaxtı atasının sözünü dinləməyib, dostlarının yanına gedən uşağa fərqli cəza tətbiq edilib. Belə ki, ata oğlunun saçının bir hissəsini keçəl edərək onun bir
daha harasa getməyəcəyindən əmin olur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar