Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO

Tarix: 12-05-2021 11:02     Baxış: 4108 A- / A+
Azərbaycanda saxta sürücülük vəsiqələri satılır - VİDEO


Azərbaycanda saxta sürücülük vəsiqələri satılır.

Bu barədə elan sosial şəbəkələrdə yayılıb. Rusiyaya məxsus sürücülük vəsiqəsi hazırlayan şəxs onu ''Tiktok'' sosial şəbəkəsində "Qarabazar.az" adlı səhifədə satışa çıxarır.

Hazırlanan vəsiqə o qədər peşəkarlıqla düzəldilir ki, orijinalından elədə fərqlənmir. Lakin vəsiqə ilə bağlı hər hansısa bir məlumat Rusiya Federasiyasının bazasında mövcud deyil. Sürücülük vəsiqəsini hazırlayan şəxs özü də etiraf edir ki, həmin sənəd saxtadır və Rusiyada istifadə etmək olmaz.

Vəsiqənin qiyməti barəsində heç bir məlumat verilmir..Saxta sənəd hazırlayan bu şəxs üzü görsənməsin deyə, hətta sifarişi poçt vasitəsi ilə ünvana göndərdiyini deyir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu vəsiqəni əldə etmək istəyənlər adətən daha çox qayda pozmağa meyilli olan sürücülərdir. Onun fikrincə xüsusən gənclər belə saxta sənədlər əldə edirlər ki, yol polisi onları saxlayanda cərimə məhz həmin sənədə yazılsın. Amma həmin sürücülər də zənn etməsinlər ki, onlar bu əməllə cərimədən yayına biləcəklər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu vəsiqəni hazırlayan şəxsləri müəyyən edərək, barələrində qanunamüvafiq qaydada tədbir görəcək.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar