Xəbər lenti
Titanikdə yazılan 109 illik məktub tapılıb -ŞƏKİL
Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar.
13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb:
"Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər ailəsinə məlumat versin".
Qeyd edək ki, möhürlənmiş şüşə butulkanı Kanadanın Houpvell-Rox qayalığındakı çimərlikdə istirahət zamanı Şervux ailəsi qumun içindən tapıb.
Xatırladaq ki, Titanik gəmisi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqə çırpıldıqdan sonra batıb. axşam.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar