Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

TRT AzTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır

Tarix: 08-05-2021 21:33     Baxış: 3158 A- / A+
TRT AzTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır

TRT Qarabağla bağlı sənədli film hazırlayır.

Bu barədə TRT-nin İdarə Heyətinin sədri və baş direktoru İbrahim Eren “Yeni Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

İ.Eren bildirib ki, gerçək həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq. Filmin bu il ərzində “TRT Avaz” kanalında yayımlanması planlaşdırılır.

TRT-nin Baş direktoru “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: “Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm”.

İbrahim Eren əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: “Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - “İki dövlət, tək millət”ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik”.

“Yeni Azərbaycan” qəzetinə müsahibəsində İbrahim Eren ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar