Xəbər lenti
Yol polisi sirkə içən uşağı ölümdən xilas etdi
Bu gün Bakı-Sumqayıt yolunda yol polisi əməkdaşları ağır vəziyyətdə olan uşağın xəstəxanaya çatdırılmasına köməklik göstəriblər.
Ağır vəziyyətdə olan uşağını xəstəxanaya aparan valideyn avtomobilinin nasazlığı səbəbindən yolda qalıb.
Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının (Saray postunun) əməkdaşları çarəsiz vəziyyətdə qalan sürücünün köməyinə gəliblər. Onlar sirkə içən uşağın ağır vəziyyətdə olduğunu görüb patrul avtomobilinə mindirərək təcili şəkildə xəstəxanaya aparıblar.
Yolda tıxac olmasına baxmayaraq polis əməkdaşları səsgücləndirici vasitə ilə yolu boşaldıb və uşağı vaxtında xəstəxanaya çatdırıblar. Polis əməkdaşı uşağın yanındakı valideynlərin özünü itirdiyini görərək uşağı qucağına alıb və birbaşa palataya yerləşdirib.
"Avtosfer"ə müraciət edən azyaşlının atası Ceyhun Hüseynov uşağının həyatda qalmasına səbəb olan polis baş leytenantı Qasımov Yaşar Xanoğlan oğluna və Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar