Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş bələdiyyə sədri həbs edildi

Tarix: 08-05-2021 14:37     Baxış: 4148 A- / A+
Keçmiş bələdiyyə sədri həbs edildi

Neftçala rayon sakinlərinin rayonun Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kollektiv müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

Neftçala rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Qismət Qəfərov bələdiyyə sədri işləyərkən ayrı-ayrı şəxslərdən qaimə-faktura və ödəniş tapşırıqlarından qanunsuz istifadə etməklə müxtəlif texnoloji avadanlıqların, mebel əşyalarının və yanacaq məhsulunun alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına müəyyən pul məbləğlərini ödəməklə öz şəxsi məqsədləri üçün istifadə edib ümümilikdə xeyli məbləğdə bələdiyyə əmlakını mənimsəmiş, bundan başqa icarə müqaviləsinin müddətinin uzadılması məqsədilə müraciət etmiş kənd sakini Anar Əmrahova zor tətbiq etməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur.

Qismət Qəfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar