Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Daşkəsəndən qaçdığı deyilən Əhəd Abıyev danışdı: “Nə edim, bəs?”

Tarix: 06-05-2021 21:35     Baxış: 4197 A- / A+
Daşkəsəndən qaçdığı deyilən Əhəd Abıyev danışdı: “Nə edim, bəs?”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev barəsində yayılan məlumatlara münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, Ə.Abıyev pravda.az-a açıqlamasında deyib ki, hazırda iş başındadır.

İcra başçısı yayılan məlumatların doğru olmadığını bildirib: "Gəncədə tədbirə qatılmışam. Ona görə rayonu tərk etmişəm. Yeni zavodun inşası ilə bağlı müzakirələr aparılır. Sentyabrda Daşkəsəndə böyük zavod tikiləcək. Yaponiya da dəstək verəcək. Çalışırıq ki, işsizlik aradan qaldırılsın, nə edim bəs?!”

Ə.Abıyev torpaq alqı-satqısında adının hallanmasına da münasibət bildirib: "Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyevlə Gəncə sakini arasında torpaq alqı-satqısı olub. Burada qanunauyğunluq pozulub. Vətəndaş da prokurorluğa şikayət edib, yoxlama aparılıb. Hazırda iş məhkəmədədir. Rasim Allahverdiyev də həbs edilib. Mübahisəli məsələdir, məhkəmə baxır. Hadisə 2007-ci ildə olub. Həmin vaxt da rayon icra hakimiyyətinin başçısı mən olmamışam. Ona görə də mənə aidiyyatı yoxdur. Adımı hallandırırlar, mənə nə dəxli var? Yazını yazan əvvəlcə araşdırmalıdır...”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar