Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

AzTU-ya yeni prorektor təyin olundu - Şəkil

Tarix: 06-05-2021 19:42     Baxış: 3204 A- / A+
AzTU-ya yeni prorektor təyin olundu - Şəkil

Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.

Manevr.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru təyin olunub.

Qeyd edək ki, Çetin Elmas 1982–1986-cı illərdə Türkiyənin Qazi Universitetində elektrik elektronika mühəndisliyi ixtisası üzrə bakalavr, 1986-1988-ci illərdə magistr, 1990-1991-ci illərdə İngiltərənin Birminhem Universitetində fəlsəfə ixtisası üzrə magistr təhsili alıb. 1991-1993-cü illərdə İngiltərənin Birminhem Universitetində elektrik elektronika mühəndisliyi doktoru elmi dərəcəsi alıb.

Çetin Elmas 1993–1995-ci illərdə Türkiyənin Qazi Universitetində dosent köməkçisi, 1995-2001-ci illərdə dosent vəzifələrini icra edib. 2001-ci ildən indiyə kimi Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik elektronika mühəndisliyi kafedrasının professorudur.

Layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas Türkiyə Layihə İdarəetmə Assosiasiyası prezidentidir. O, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının layihələrin idarə edilməsində süni intellekt üzrə xüsusi qrupunun qlobal rəhbəridir. Çetin Elmas, həmçinin İstanbulda Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının 24-cü Dünya Konqresinə sədrlik edib.

O, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir. Çetin Elmas Türkiyədə müxtəlif qurumlarda yüksək vəzifələrdə çalışıb. Çoxsaylı kitab, elmi məqalə, məruzə və patentin müəllifidir.

Manevr.az
AzTU-ya yeni prorektor təyin olundu - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar