Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-in protokola saldığı dərmanlar uşaqlara ölümcül təsir edirmiş

Tarix: 03-05-2021 19:17     Baxış: 4198 A- / A+
TƏBİB-in protokola saldığı dərmanlar uşaqlara ölümcül təsir edirmiş

“TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolda bir çox şeylər səhv qeyd edilib. Amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır.

"Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb”.
Bu fikirləri hazırda Almaniyada yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev səsləndirib.
TƏBİB-in protokola saldığı dərmanlar uşaqlara ölümcül təsir edirmiş

“Bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbul edilən deyil. Nəticə etibarı ilə hansısa rayonda olan həkim bu dərmanı uşağa verib, nəticədə azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda olacağını da bizlər çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik!

Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi”,- deyə doktor qeyd edib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar