Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Behrudinin qardaşı oğlunun intiharı ilə bağlı ŞOK FAKTLARI AÇDI: Bir casus və... - VİDEO

Tarix: 30-04-2021 12:30     Baxış: 3353 A- / A+
Behrudinin qardaşı oğlunun intiharı ilə bağlı ŞOK FAKTLARI AÇDI: Bir casus və... - VİDEO


Tanınmış şair Rüstəm Behrudinin bir neçə gün öncə intihar edən qardaşı oğlu 17 yaşlı İsa Alməmmədovun atası İlham Alməmmədov oğlunun intiharının səbəbləri ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Manevr.az
xəbər verir ki, İlham Alməmmədov oğlunun intiharının səbəblərini bildiyini açıqlayıb. O deyib ki, təkcə onun oğluna qarşı deyil, bütün balalara qarşı bir terror var: “Əziz dostlar! Məni tanıyan və tanımayan hər kəs, dinləyin və eşidin. Bizim balalara qarşı bir terror var. Bizim balalara, bizim gələcəyimizə qarşı bir terror mövcuddur. Mütləq və mütləq bunun səbəbini və iştirakçılarını tapmalıyıq. Birlikdə bunu dayandırmalıyıq. Dövlət, hökumət, insanlar, bütün qeyri-hökumət təşkilatları hamısı birləşməlidir. Bu intiharı dayandırmağın səbəblərini də, iştirakçılarını da bilirəm.

Hər kəsin əlində bir silah və bir casusu var. Mobil telefonlar gənclərimizin düşməni və silahıdır. Yedikləri ərzaqlar, “fast food”lar, mağazalardan alınmış qaynağı bəlli olmayan yeməklərin hamısı uşaqlarımızın intihar etməsinə səbəbdir. Ona görə də sizdən xahiş edirəm, mütləq və mütləq birləşin. Övladlarınıza sahib çıxın. Ən kritik dönəmdəyik. Uşaqların imtahan verdiyi qəbul imtahanlarının zamanıdır. Həmin uşaqlara sahib çıxın, onları sahibsiz buraxmayın. Açıqlamalarım mütləq davam edəcək. Bağrıma basıram. Mənə səbr diləyənlərə deyirəm ki, mən möhkəməm. Möhkəməm və mənim kimi ataları kimsə endirə bilməyəcək”./publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar